Faciəli hadisədən sonra karyerasını bitirə bilər
Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Andorra”nın qapıçısı Xesus Ovono Xesus de Migelin ölümündən sonra karyerasını davam etdirib-etdirməyəcəyini hələ müəyyənləşdirməyib.
QOL.az xəbər verir ki, "Reuters"in məlumatına görə, bu barədə komandanın baş məşqçisi Karles Manso bildirib. O, klubun qapıçıya dəstək göstərdiyini və qərar verməsi üçün ona vaxt tverdiyini deyib:
“Bizim etməli olduğumuz yeganə şey ona hərtərəfli dəstək olmaq və yanında olmaqdır. Ona sərbəst qərar verməsi üçün imkan yaradacağıq. İstər futbola qayıtmaq, istərsə də nə vaxt qayıtmaq barədə qərar versin, yaxud ümumiyyətlə qayıtmaq istəməsin seçim özünündür. Hazırda ailəsi, dostları və həyat yoldaşı ilə vaxt keçirir. Bu, həqiqətən də çox çətin vəziyyətdir. Belə bir qərarı verməyə özünü hazır hiss edəndə bunu edəcək”.
Xatırladaq ki, noyabrın 3-də “Tenerife”nin hücumçusu Xesus de Migel Ovono ilə meydanda toqquşub. 30 yaşlı futbolçu ertəsi gün xəstəxanada vəfat edib.
Qeyd edək ki, Qvineya millisində 47 oyun keçirən qapıçı noyabrın 5-də açıqlanan heyətə daxil edilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 12 Noyabr 2026 21:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















