“Qrup liderliyini təmin etmək üçün qalib gəlməliyik” Ayxan Abbasov
Icma.az bildirir, Qol.az portalına istinadən.
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının D Liqasında Lixtenşteynlə keçiriləcək səfər oyunu barədə danışıb.
QOL.az xəbər verir ki, mütəxəssis qarşılaşmadan öncə keçirilən mətbuat konfransında komandanın hazırlığından və hədəflərindən söz açıb:
“Bu il UEFA Millətlər Liqasında sonuncu oyunumuzu keçirəcəyik. Ardınca Andorra ilə yoldaşlıq görüşümüz olacaq. Qrup liderliyini təmin etmək üçün Lixtenşteynə mütləq qalib gəlməliyik. Rəqibin oyun üslubuna yaxşı bələdik. Bakıda keçirilən görüşdə heç-heçə etmişdik. Bu dəfə doğma meydanda daha inamlı oynamağa çalışacaqlar.
Komandamız matça tam hazırdır, futbolçuların əhval-ruhiyyəsi yüksəkdir. Premyer Liqada gərgin mübarizə davam edir və oyunçularımız da yaxşı formadadır. İnanıram ki, sabah istədiyimiz nəticəni əldə edəcəyik”.
Qeyd edək ki, noyabrın 13-də Vaduts şəhərində keçiriləcək Lixtenşteyn - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Baxış sayı:178
Bu xəbər 12 Noyabr 2026 22:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















