Icma.az
close
up
RU
Fahrettin Altun: “Azərbaycan mətbuatının həqiqət uğrunda apardığı mübarizəyə verdiyi töhfədən böyük məmnunluq duyuram”

Fahrettin Altun: “Azərbaycan mətbuatının həqiqət uğrunda apardığı mübarizəyə verdiyi töhfədən böyük məmnunluq duyuram”

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


“Azərbaycan mətbuatının 150 illik yubileyi münasibətilə qardaş Azərbaycan xalqını və media nümayəndələrini ürəkdən təbrik edirəm”. Bunu Naxçıvanda keçirilən “MEDİAFEST-2025”ə videomüraciətində Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altun bildirib.
O deyib: “Azərbaycan mətbuatı 150 illik tarixi ilə yalnız xəbər çatdırmaqla kifayətlənməyib, eyni zamanda xalqın səsi, mədəni irsin daşıyıcısı və fikir azadlığının müdafiəçisi olmuşdur. Həqiqətin çatdırılmasını özünə borc bilən, ədalətli media mədəniyyətinin qorunmasına töhfə verən, etik dəyərlərə və jurnalistikanın prinsiplərinə sadiq qalan bütün mətbuat nümayəndələrini təbrik edirəm. Dezinformasiyanın ən yüksək həddə çatdığı bir dövrdə, dəqiq məlumatı ictimaiyyətə çatdırmaq məsuliyyəti ilə hərəkət edən Azərbaycan mətbuatının həqiqət uğrunda apardığı mübarizəyə verdiyi töhfədən böyük məmnunluq duyuram. Həsən bəy Zərdabinin 1875-ci ildə Azərbaycan dilində nəşr etdiyi “Əkinçi” qəzeti ilə başlanan Azərbaycan mətbuatının yolçuluğu bu gün də böyük uğurla davam edir”.
Fahrettin Altun, xüsusilə İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan mətbuatının ölkənin haqlı mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmaq və sistemli dezinformasiya cəhdlərinin qarşısını almaq uğrundakı fəaliyyətindən bəhs edərək deyib: “Siz haqlı mübarizənizi böyük əzmlə müdafiə edərkən, eyni zamanda həqiqətin də carçısı oldunuz. Beynəlxalq ictimaiyyətin yalan, uydurma məzmun və dezinformasiya ilə zəhərlənməsinin qarşısını aldınız”.
O həmçinin qeyd edib ki, Azərbaycan və Türkiyə arasında mətbuat sahəsindəki əməkdaşlıq, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumu” ilə daha da gücləndi. Azərbaycan və Türkiyənin ortaq media platforması da kommunikasiya və media sahəsində əməkdaşlığı və Türk dünyası ilə münasibətlərin inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. İki ölkə arasındakı əlaqələr “Bir millət, iki dövlət” prinsipi ilə kommunikasiya sahəsindən enerjiyə, logistika sahəsindən müdafiə sənayesinə qədər hər sahədə özünü göstərir.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 30 May 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see154

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see146

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri