Fahrettin Altun: Şimali Kipr Türk Cümhuriyyəti millətimizin əvəzsiz milli davasıdır
Kommunikasiyalar Direktoru Fahrettin Altun Şimali Kipr Türk Cümhuriyyətinin 41-ci ildönümü və 15 Noyabr Respublika Günü münasibətilə təbriklərini çatdırıb. "Kipr millətimizin əvəzsiz milli davasıdır".
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Altun sosial media hesabında ŞKTC-nin yaranmasının 41-ci ildönümü münasibətilə paylaşım edib.
Şimali Kipr Türk Cümhuriyyətinin yaranmasının 41-ci ildönümü və 15 Noyabr Respublika Gününü ən səmimi diləkləri ilə təbrik etdiyini bildirən Altun: “Şimali Kipr Türk Cümhuriyyətinin müstəqillik mübarizəsində canlarını fəda edən əziz şəhidlərimizi və qəhrəman qazilərimizi rəhmət və ehtiramla yad edirəm. Kipr millətimizin əvəzsiz milli davasıdır. Kipr türklərinin hüquq və qanunlarını keçmişdə olduğu kimi bu gün də eyni qətiyyətlə müdafiə etməyə davam edəcəyik”, - deyə qeyd edib.
Qadir, Bizimyol.info
Kıbrıs,…— Fahrettin Altun (@fahrettinaltun) November 15, 2024
Baxış sayı:46