Faiq Hacıyev: Avrokuboklara bu qədər yaxınlaşıb, gedə bilməməyimiz hamımıza pis təsir edəcək
sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Neftçi" ilə oyunda qələbə qazanmaq isdəyirdik. Ani diqqətsizlikdən qapımızda qollar gördük. Bundan sonra isə oyunu çevirməyə çalışsaq da, alnımadı". Bu sözləri Sport24.az-a açıqlamasında "Turan Tovuz"un futbolçusu Faiq Hacıyev deyib.
Gənc müdafiəçi Misli Premyer Liqasının 34-cü turunda "Neftçi"yə məğlub olduqları oyun barədə (1:2) fikirlərini bölüşüb:
"Həm ilk hissədə, həm də fasilədən sonra qol imkanlarımız oldu. Futbolun yazılmamış qanunları var. Sən vurmursansa, cəzalanırsan. Daha diqqətli olmalıydıq. "Neftçi" ilə matçlarımız hər zaman maraqlı və çətin keçir. Bu mövsüm elə oyunlar oldu ki, udmalı olduğumuz matçlarda xallar itirdik. Həmin oyunları xatırlayan çox məyus oluruq. Avrokuboklara bu qədər yaxınlaşıb, gedə bilməmək hamımıza pis təsir edəcək".
Qeyd edək ki, "Turan Tovuz" Misli Premyer Liqasının 34 turundan sonra 49 xalla 4-cü pillədədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 12 May 2025 19:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















