Falçı və cadugərə gedənlər cəzalandırılacaq? Deputatdan açıqlama
Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.
Tacikistan hökuməti ölkədə falçı və cadugərlərin xidmətindən istifadəyə görə cərimələrin tətbiqini nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edib. Sənəd qəbul olunarsa, bu, İnzibati Xətalar Məcəlləsinə əlavə ediləcək və vətəndaşların falçı və ya cadugərlərə müraciət etməsi 375–750 somoni (təxminən 40–80 ABŞ dolları) məbləğində cərimə ilə nəticələnəcək.
Maraqlıdır, bu, Azərbaycanda da tətbiq oluna bilərmi?
Məsələ ilə bağlı danışan deputat Fazil Mustafa News24.az-a bildirib ki, falçı və cadugərlərin fəaliyyətinə qarşı qanunvericilikdə sərt məhdudiyyətlərin tətbiq olunması doğru yanaşma deyil və belə bir addım Azərbaycan reallığında effektiv nəticə verməz.
"Mən belə bir qanunun qəbul olunmasına qarşıyam. Çünki bu qanun qəbul olunarsa, təxminən 1 milyondan çox insanı müxtəlif formalarda cəzalandırmaq lazım gələcək. Bu isə praktik olaraq mümkün deyil. Sadəcə falçıya gedən insanlar deyil, məsələn, professor da var ki, gedib pirdə qurban kəsir. Cəmiyyətimizin böyük bir hissəsində bu kimi inanclar hələ də qalmaqdadır. Bu isə qanunla deyil, maarifləndirmə ilə həll oluna biləcək bir məsələdir” – deyə Fazil Mustafa qeyd edib.
Deputat hesab edir ki, cəmiyyətdə belə halların qarşısını almağın yeganə yolu elm və təhsilin gücləndirilməsidir:
"Yeganə çıxış yolu müasirlikdir, məktəbdir, universitetdir. Elm qolu zəiflədikcə cəhalət artır. Təəssüf ki, Azərbaycanda da elm qolu zəiflədiyi üçün cəhalət genişlənir. Bu gün bir çox hallarda elm arxa planda qaldığından insanlar asanlıqla xurafatın təsiri altına düşürlər. Ona görə də maarifləndirmə əsas prioritet olmalıdır” – deyə o əlavə edib.
Fazil Mustafa həmçinin vurğulayıb ki, qanun qadağaları ilə cəmiyyətin bu sahədə dəyişdirilməsi mümkün deyil:
"Cəmiyyəti maarifləndirmək lazımdır. Axmaq insan üçün Quranın tərcüməsini təqdim etmək belə heç bir şeyi dəyişməyəcək. Çünki düşüncə səviyyəsi aşağı olan adam heç bir elmi bilikdən faydalanmayacaq. Bu baxımdan belə bir qanunun qəbuluna ehtiyac yoxdur. Sadəcə, bu istiqamətdə fəaliyyət göstərən şəxsləri, falçıları və cadugərləri ictimaiyyətə göstərmək, onların təsir imkanlarını azaltmaq daha doğru yanaşma olar,” – deyə deputat fikirlərini yekunlaşdırıb.
Aqil Qarayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 20 Avqust 2025 18:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















