Famil Məmmədovun baş direktor statusu TƏSDİQLƏNDİ
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Sanitariya-Karantin Mərkəzində rəhbər vəzifə ilə bağlı kadr dəyişikliyi həyata keçirilib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Mərkəzin baş direktor vəzifəsini müvəqqəti icra edən Famil Məmmədovun statusu müvafiq qaydada tam təsdiqlənib.
Qurumdan bildirilib ki, bu kadr təyinatı idarəetmənin səmərəliliyinin artırılması, iş proseslərinin daha çevik tənzimlənməsi və institusional dayanıqlılığın gücləndirilməsi məqsədi daşıyır.
Eyni zamanda qeyd olunub ki, Famil Məmmədovun baş direktor vəzifəsində fəaliyyətinin rəsmiləşdirilməsi Mərkəzin qarşısında duran strateji hədəflərin icrasına əlavə dəstək verəcək.
Mərkəzdə aparılan struktur yenilənmələrinin isə müasir idarəetmə tələblərinə uyğun optimallaşdırma çərçivəsində davam etdirildiyi vurğulanıb.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 28 May 2026 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















