Icma.az
close
up
RU
FAO: Azərbaycan dünyanın bioloji baxımdan ən zəngin ekosistemlərindən biridir

FAO: Azərbaycan dünyanın bioloji baxımdan ən zəngin ekosistemlərindən biridir

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan dünyanın bioloji baxımdan ən zəngin, eyni zamanda ən çox təhlükə altında olan ekosistemlərindən biri sayılan Qafqaz ekoloji regionunun bir hissəsidir.

BAKU.WS xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Nasar Hayat beynəlxalq biomüxtəlifliyə həsr olunmuş günlə bağlı müraciətində bildirib.

Onun sözlərinə görə, qlobal əhəmiyyətə malik buğda, arpa, kartof və tərəvəz kimi ərzaq məhsullarının becərilən məkanı olmaqla yanaşı, bənzərsiz ekoloji müxtəlifliyi ilə tanınan Azərbaycan regionun ən biomüxtəlif ölkələrindən biri olaraq qalır:

"Azərbaycanın təbiəti uca dağlardan tutmuş düzənliklərə, çaylara, bataqlıqlara, göllərə və Xəzər dənizi 800 kilometrlik sahilinə qədər uzanır. Bu müxtəlif landşaftlar rütubətli subtropik zonalardan quru subtropik zonalara və mülayim iqlimlərə qədər bir sıra mikroiqlim və yaşayış mühitini dəstəkləyir. Bu kompleks ekosistem mozaikası Azərbaycanın zəngin təbii irsinin əsasını təşkil edir.

Lakin bu təbii irs artan təzyiqlərlə üz-üzədir. Davamlı olmayan torpaq istifadə üsulları, infrastruktur layihələri, qanunsuz ov və balıqçılıq, çirklənmə, meşə yanğınları, invaziv növlər və iqlim dəyişikliyi ekosistemlərin deqradasiyasına və növlərin itirilməsinə səbəb olur. Azərbaycanda biomüxtəlifliyin azalması yalnız təbiətin qorunması ilə bağlı deyil, həm də ölkənin dayanıqlı inkişafı, ərzaq təhlükəsizliyi və iqlimə davamlılığı baxımından ciddi çağırışdır".

FAO rəsmisi əlavə edib ki, Azərbaycanda biomüxtəlifliyin itirilməsinə qarşı cavab tədbirlərindən biri mühafizə olunan ərazilərin genişləndirilməsidir: "Hazırda ölkənin təxminən 10,3 %-ni əhatə edən geniş mühafizə olunan ərazi şəbəkəsi mövcuddur. Bu şəbəkəyə 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı daxildir ki, hər biri unikal növlərin və ekosistemlərin qorunmasında mühüm rol oynayır. Mühafizə olunan ərazilər şəbəkəsi daxilində biomüxtəlifliyin həm zənginliyini, həm də qorunma çətinliklərini nümayiş etdirən iki nümunəvi ərazi - Şirvan və Hirkan milli parklarıdır".

O vurğulayıb ki, yarımsəhra iqliminin hökm sürdüyü cənub-şərqdə yerləşən Şirvan Milli Parkında Qızılqaz adlı süni su hövzəsi yerləşir:

"Bu göl qlobal quş miqrasiyasında mühüm rol oynayır. Hər il bu süni bataqlıqlar on minlərlə miqrasiya edən quş üçün müvəqqəti dayanacaq olur. Bu quşlar - sahil quşları, flaminqolar, ördəklər, qazlar və qutanlar - miqrasiya marşrutlarında məhz Azərbaycanın bataqlıqlarına istirahət və qida mənbəyi kimi ehtiyac duyurlar. Bu, Azərbaycanın qlobal quşların mühafizəsindəki məsuliyyətini vurğulayır. Cənubda yerləşən Hirkan Milli Parkı isə qədim Hirkan meşələrini qoruyur və bu ərazi qlobal biomüxtəliflik baxımından əvəzolunmazdır. Hirkan meşələri 2023-cü ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Park həmçinin bölgənin bioloji müxtəlifliyini dəstəkləyən vacib su mənbəyi olan Xanbulan gölünü də əhatə edir. Bu ekosistemlər nəsli kəsilməkdə olan və endemik növləri qoruyur və su dövriyyəsi, iqlimin tənzimlənməsi kimi ekosistem xidmətləri göstərir".

"Bütün bu uğurlara baxmayaraq, mühafizə olunan ərazilər hələ də xarici təzyiqlər, institusional resursların məhdudluğu və idarəetmə çağırışları ilə üzləşir. Bunu nəzərə alaraq, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən "Biomüxtəlifliyin Mühafizəsi və Davamlı İstifadəsi: İdarəetmənin Təkmilləşdirilməsi Yolu ilə Azərbaycanın Xüsusi Mühafizə Olunan Ərazilər Sisteminin Gücləndirilməsi" adlı layihə həyata keçirilir", - o qeyd edib.

N.Hayat deyib ki, Qlobal Ətraf Mühit Fondu (GEF) tərəfindən maliyyələşdirilən bu layihənin məqsədi mühafizə olunan ərazilərin effektivliyini artırmaq və biomüxtəlifliyi qorumaq üçün landşaft yanaşmasını tətbiq etməkdir: "Bu inteqrasiya olunmuş və çoxsektorlu yanaşma yalnız mühafizə olunan ərazilərin daxilində deyil, həm də onların ətrafındakı ekoloji deqradasiyanın səbəblərini aradan qaldırmağa yönəlib. Layihə müxtəlif səviyyələrdə tərəfdaşları bir araya gətirərək ekosistemlərdə, o cümlədən ətraf icmalarda və bufer zonalarında təbiətin qorunmasını dəstəkləyir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://baku.ws
archiveBu xəbər 22 May 2025 22:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see136

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri