Icma.az
close
up
RU
Faşist ideologiyası və Levon TerPetrosyanın etnik təmizləmə “muştuluğu” Ermənistanın 1ci prezidentini hansı cəza gözləyir? Hüquqşünas açıqladı KONKRET

Faşist ideologiyası və Levon TerPetrosyanın etnik təmizləmə “muştuluğu” Ermənistanın 1ci prezidentini hansı cəza gözləyir? Hüquqşünas açıqladı KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanda baş verən siyasi gərginlik erməni cəmiyyətinin bütün təbəqələrində açıq-aydın hiss olunur. Müxalifət liderlərinin revanişst bəyanatları, baş nazir Nikol Paşinyanın bir-birinə zidd fikirləri, sülh müqaviləsindən yayınma cəhdi Ermənistanda siyasi ab-havaya mənfi təsir edir. 4 il əvvəlki məğlubiyyətlərini qəbul edə bilməyən erməni cəmiyyətinin hakimiyyətə basqısı fonunda baş verən bu amillər, Ermənistanı çətin duruma salıb. Paşinyanın Ermənistanın əvvəlki prezidentlərini debata çağırması yeni qarşıdurmanın əsasını qoydu və tərəflər bir-birilərini qarşılıqlı ittihamlar etməyə başladılar. Əvvəlcə Ermənistanın 1-ci prezidenti Levon Ter-Petrosyan Paşinyana cavab verdi və onu Qarabağı təhvil verməkdə  günahlandırdı. Baş nazirlə bağlı xoşagəlməz ifadələr işlədən keçmiş prezident onunla debata çıxmağı mənasız adlandırdı. Bütün hadisələr isə məhz bundan sonra başladı. 31 il əvvəl bir qrup hərbçinin işrirakı ilə keçirilən toplantıda çıxış edən Levon Ter-Petrosyanın videosu yayıldı. Bu görüntülər uzun müddət ictimaiyyətdən gizlədilsə də onun internetdə yayılması əməlli-başlı gündəmi dəyişdi. Məhz həmin çıxışında faşist idologiyasının daşıyıcısı azərbaycanlıların etnik təmizlənməsindən danışır. Ter-Petrosyanın 31 il əvvəlki çıxışı Azərbaycanda da geniş əks-səda yaradıb. Onun hüquqi tərəfləri araşdırılır və təhlil olunur.

Məsələnin hüquqi tərəfi ilə bağlı  İstefada olan ədlyyə polkovniki İlham Məmmədov KONKRET.az-a açıqlamasında  Levon Ter-Petrosyanın bu çıxışını Hitlerin çıxışı ilə müqayisə edib: “3 yanvar 2025-ci ildə Albert İsakov adli  bloqer Ermənistanın birinci prezidenti Levon Ter-Petrsyanın 23.07.1993-cü ildə güc strukturlarının nümayəndələri ilə kecirdiyi görüşün videgörüntüsünü paylaşdı. Erməni dilində danışan prezidentin cıxışını bloqer rus dilinə sinxron tərcümə edərək, tədbirdə səslənən  fikirlərlə bağlı öz düşüncələrini bölüşür.

Acığı, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində törədilmiş cinayətlərin istintaq qrupuna rəhbərlik edən, beynəlxalq polis təşkilatı- İnterpolun konfranslarında, yaradılmış işci qrupun fəaliyyətində dəfələrlə müzakirəyə təqdim edən hüquqşunas kimi, bu materialın əlimizdə olmadığından çox heyfsiləndim.

Videorolikə dəfələrlə baxmışam. Orada əyləşmiş şəxslər erməni faşizminin mahiyyətini nümayiş etdirir. Sadəcə zala yiğışmış, hələ əllərindən və paltarlarından minlərlə azərbaycanlı qanının iyi-qoxu sorulmamış cəlladların, fyurerinə-onun insanlıq əleyhinə yönəlmiş cinayətlərin törədilməsinin tarixi motivasiyasının əsaslandırılmasına  necə diqqət və qayğı ilə dinləmələri, onların əməllərinin nədən ibarət olmasına  kifayət qədər aydınlıq gətirir. Fyurer-Ter-Petrosyanın onlara müraciətlə-“Qardaşlarım” deməsi Ermənistan prezidentinin bu cəlladlarla mənəvi və ideologi birliyinin emosional nümayişidir.

Birliyin məqsədi və kecdiyi yolları analiz edərək, Ter-Petrosyan 1988-ci ildə İrəvanda mitinqdə hərbi dəstələrin yaradılmasına cağırışların olduğunu, bunun  Qarabağa kecdiyini, sonra Gürcüstana, Baltikyani respublikalara, və nəhayət, zalda əyləşənlərin Sovet İttifaqının dağılmasını təmin etmələrini, 5 ildə erməni hərəkatının ordunu formalaşdırdığnı, müstəqillikdən əvvəl  təcrübə topladıqlarını, erməni xalqının 600 illik problemi həll etdiyini, Ermənistan və Qarabağı digər millətlərdən təmizlədiklərini,170 min azərbaycanlının Ermənistandan qovduqlarını, Azərbaycanda yaşayan soydaşlarının problemlərinin həll etdiklərini, Azərbaycan ərazilərini zəbt etdiklərini, “Miatsum” hərəkatının mahiyyətini, Qarabağın isə zəbt edildikdən sonra boş danışıqlarla illərlə uzadılmasını acıq-aydın bəyan edir.

Ter-Petrosyan elə oradaca “dostlarını” Ermənistan silahlı qüvvələrinin Ağdam şəhərini işğal etməsi münasibəti ilə “muştuluqlayır”.

Cıxışdan sonra, Vazgen Sarkisyan prezidentin səmimi fikirlərinin hansı nəticələrə səbəb olacağından eytiyatlanaraq, bu barədə informasiyanın yayılmaması müraciətini edir”.

Beləliklə, ilkin nəticələr nədir?

1-ci. Ter-Petrosyan etiraf edir ki, mənsub olduğu siyasi hərəkatın məqsədi, erməni xalqının ideoloqiyasının öz müstəqil dövlətinin qurulmasını yalnız digər xalqların yaşadıqları ərazilərdən qovub,  təmizlədikdən sonra mümkündür.

2-ci. Ermənilərin digər ölkələrdə yaşamaları bu işin əngəllənməsinə xidmət etdiyindən, onların həmin ərazilərdən cıxarılması, Ermənistana yerləşdirilməsi, gələcəkdə saylarının artması erməni dövlətinin möhkəmləndirilməsinə xidmət edir.

3-cü.  Ermənistanın Qarabağı  faktiki idarə etməsi, beynəlxalq təşkilatlarda isə bu məsələnin danışıqlar imitasiyası yaradıb, “zərqər” dəqiqliyilə əldə edilmiş nailiyyətləri qoruyub saxlamaq.

4-cü. 80-ci illərdə yaradılmış hərbi və siyasi qüvvələrin “əməyi” nəticəsində bu məqsədlər reallaşdırılmışdır.

Bu etiraflar 1988-ci ilin fevralında Sumqayit, 1990-cı ilin yanvarında Bakı hadisələrinin də köklərinin araşdırılmasına aydınlıq gətirir. Ter-Petrosyanın bu fikirlərinin leqal hissəsi, Qarabağın Ermənistana birləşməsi,  23 avqust 1990-cı ildə imzaladığı, erməni dövlətinin fundamental prinsiplərini əks etdirən Müstəqillik Bəyannaməsi, 1995-ci ildə qəbul edilmiş Konstitusiyasinın preambulasında öz əksini tapmışdır. Müasir insan hüquqları ideyasının məzmunu Nürenberq prosesində nasist rəhbərliyinə qarşı kecirilmiş prosesdən sonra Birləşmiş Millətlərin Nizamnaməsində bəyan edilmiş və sonra qəbul edilmiş Konvensiyalarda öz əksini tapmışdır. Siyasi ideya kimi fərdi hüquqlar təbii insan hüquqlarına əsaslanır və bu hüquqlara hörmət edildikdə cəmiyyət sağlam hesab olunur. 1948-ci ildə Genosid cınayətinin qarşısının alınması və cəzalandırılması haqqnda Konvensiya qəbul edilərkən, insan hüquqları sahəsində inqlabi fundamental hüquq nəzəriyyəsi formalaşdı. Siyasətcilərin daha məhsuliyyətli, qanuna hörmət və ehtiramla davranmalarına dair ümidlər yarandı. Əfsuslar ki, belə olmadı. 1992-ci ilin fevral ayında Xocalı soyqırımı, 1995-ci ildə Serebrennisada, Ruanda da və s. yerlərdə bu Konvensiya və digər beyhəlxalq humanitar hüququ formalaşdıran qanunlar pozuldu. Beynəlxalq hüquq ictimayyəti bir necə tribunalların yaradılıb, cinayətkarların cəzalanmasına nail oldu. Lakin Cənubi Qafqazda törədilmiş beynəlxalq cinayətlər insanlıq qarşısında mənəvi borc kimi hələ tam olaraq araşdırılmayıb.  Erməni dövlətinin faşist ideoloqiyası əsasında qurulması faktdır. Ötən ilin may ayında Paşinyan mif və real Ermənistan ideoloqiyası barədə düşüncələrini bölüşdü. Lakin Ter-Petrosyanın məktəbinin yetişməsi olaraq o, imitasiya bacarığını ustalıqla  nümayiş etdirməyi bacarır.  Mərhum professor Rövşən Mustafayevin təbiri  ilə desək, ermənilik məsələsində, əvvəlcədən məntiqsizlik, simmetrisizlik, asosiallıq yer tutmuşdur.

Bir necə gün əvvəl yerli telekanallara müsahibə verən Prezident İlham Əliyev də Ermənistanın  faşist ideoloqiyasından əziyyət çəkdiyini bildirdi.Cənab Prezident qeyd etdi ki, Ermənistan faşist ideologiyasından əl çəkməlidir”.

Hüquqşünas daha sonra əlavə edib ki, beynəlxalq hüquq Levon Ter-Petrosyanın bu fikirlərinin tam əksini nəzərdə tutur. Bu fikirlərin və həqiqətlərin üzə cıxarılmasında, görünür işlər coxdur. “ Ter-Petrosyanın bu cıxışı onun təcavüzkar müharibənin planlaşdırması, aparması, soyqırımı, əhalinin deportasiya etmə və məcburi köcürməsi, yəni əhalinin qanuni yerləşdiyi məkanlardan başqa ölkəyə qovma və digər məcburi hərəkətlərlə didərgin salma, müharibə cinayətlərinin törədilməsini sübut edir. Azərbaycan Respublikası CPM-nin tələblərinə uyğun, cinayət təqibinin başlanılıb istintaq aparılmasına kifayət qədər əsaslar yaradır”.

Vəli Həsənoğlu,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Yanvar 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see201

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see189

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see180

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see163

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see157

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see142

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see136

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see134

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see133

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see133

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see131

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see130

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see128

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see128

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see126

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see126

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see125

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see124

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see120

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri