Icma.az
close
up
RU
Fast food təkcə kökəltmir: Ürək, şəkər və xərçəng riski Ekspert izah edir

Fast food təkcə kökəltmir: Ürək, şəkər və xərçəng riski Ekspert izah edir

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Böyük Britaniyada zərərli qəlyənaltı yeməklərinin yerli vaxtla 21:00-a qədər televiziyada və onlayn reklamı və təbliğatı ilə bağlı qadağa qüvvəyə minib. Trend bu barədə xarici KİV-ə istinadən xəbər verib. Qeyd edilir ki, qadağanın tətbiqində məqsəd azyaşlılar arasında çoxalmaqda olan piylənmə və artıq çəki probleminə qarşı mübarizədir. Reklamı 21:00-a kimi qadağan edilmiş qida məhsullarının siyahısına başlıca olaraq sodalı içkilər, müxtəlif şirniyyatlar, o cümlədən şokolad, pizzalar, dondurmalar və eləcə də tərkibində zəngin yağ, duz və şəkər olan digər qidalar daxildir. Britaniya Səhiyyə Nazirliyinin (NHS) məlumatına əsasən, hazırda məktəbəqədər yaşlı (qəbul sinfi yaşında olan) uşaqların təxminən hər 10 nəfərindən biri (9,2 faizi) piylənmə ilə yaşayır, beş yaşına çatana qədər isə uşaqların hər beşindən birində diş çürüməsi müşahidə olunur. Hesablamalara görə, piylənmə hər il NHS-ə 11 milyard funt sterlinqdən artıq xərc yaradır.

Təbii ki, qadağaların əsasında həm əhalinin, xüsusən də yetişməkdə olan gənc nəslin sağlamlığı, həmçinin xəstəliklərin müalicəsinə dövlət büdcəsindən sərf olunan vəsaitin azaldılmasıdır. Belə çıxır ki, müalicələrə ayrılan vəsait fast-foodların satışından büdcəyə daxil olan vəsaitlərdən daha çoxdur.

Ölkəmizdə də fast-foodlara maraq olduqca böyükdür. Kiçik, böyük, orta yaşlı, gənc... fərq etmir. Hər 2 nəfərdən birinin fast-food həvəskarı olduğunu bilmək elə çətin deyil. MacDonalds-ların, ya KFC-lərin önündən keçmək yetərlidir. Bu məkanlarda əyləşənlər elə iştahla fast-foodlar yeyir, elə bil anaları, nənələri kənd çolpasından, ya quzu qabırğasından xörək hazırlayıb qarşılarına gətirib. Niyə B.Britaniya bunu qadağan edir, biz yox?   

Qida məsələləri üzrə ekspert Ağa Salamov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, fast food – yəni sürətli hazırlanaraq tez istehlak edilən yeməklər – müasir həyat tərzinin ayrılmaz hissəsinə çevrilib. Bu tip qidalar əsasən hamburqer, çizburqer, qızardılmış kartof, şaurma, lahmacun, pizza və qazlı içkilər kimi tez satılan və hazırlanması az zaman alan yeməkləri əhatə edir. Fast food məhsulları adətən yüksək miqdarda doymuş yağlar, şəkər, duz, trans yağlar və konservantlar ilə zəngin olur. Lakin bu qidaların əsas problemi yalnız kalorilərin çoxluğu deyil – onların qida dəyərinin az olması və orqanizm üçün vacib maddələrin olmaması da sağlamlıq üçün ciddi risklər yaradır: 

- Fast-foodlar sağlamlığa zərərli qidalar kateqoriyasına daxildir. Xüsusilə uşaqlarda fast food istehlakı erkən yaşlardan zərərli qida vərdişləri formalaşdırır, bir çox qidalanma və xəstəliklər arasında körpü yaradır. Bəziləri bu yeməkləri tez, qısa zamanda qidalanmaq baxımından seçir, amam zərərlərini göz ard edirlər. Fast foodun zərərləri arasında ən geniş yayılmış təsirlərdən biri məhz piylənmə - artıq çəki riskinin artmasıdır. Bu tip qidalar yüksək kalori ilə yanaşı, lif və zülal baxımından olduqca zəifdir. Yəni orqanizm bu qidalardan uzunmüddətli toxluq hissi ala bilmir. Piylənmə yalnız estetik deyil, həm də metabolik problem kimi qiymətləndirilir. Bu hal obezitenin – köklüyün səbəbləri arasında ən ciddi və qarşısıalınmaz faktorlardan biri kimi çıxış edir. Bundan başqa fast-foodlar ürək-damar xəstəlikləri riskini artırır. Çünki bu məhsulların hazırlanmasında istifadə olunan trans- yağlar və doymuş yağlar qandakı pis xolesterin (LDL) səviyyəsini artırır və yaxşı xolesterin (HDL) səviyyəsini azaldır. Bu da arteriyaların sərtləşməsi, damarların tıxanması və infarkt riski kimi nəticələr doğura bilər. Fast food məhsulları yüksək natrium tərkibli olur ki, bu da qanda təzyiqin artmasına və hipertoniya yaranmasına səbəb olur. Bəzi hallarda, su tutma (ödem) da müşahidə olunur ki, bu da ürək və böyrək fəaliyyətini çətinləşdirir. Şəkər xəstəliyini artırır. Piylənmə riski ilə yanaşı, insulin müqaviməti və 2-ci tip şəkərli diabet kimi xəstəliklərə də zəmin yaradır. Çünki yüksək sadə karbohidratlar qanda şəkərin səviyyəsini sürətlə qaldırır və zamanla insulin hormonuna qarşı həssaslıq azalır. Belə dalğalanmalar mədəaltı vəzin insulin ifrazını artırır, lakin zamanla bu hormonun təsirinə qarşı toxunulmazlıq – insulin müqaviməti yaranır. Bu da şəkərli diabetin əsas səbəblərindən biri kimi qəbul edilir. Fast foodun şəkər xəstəliyinə təsiri həm qidaların tərkibi, həm də istehlak tezliyi ilə birbaşa əlaqəlidir. Yüksək şəkərli içkilər, desertlər və şirin souslar da bu problemi daha da ağırlaşdırır. Rafinə edilmiş un məhsulları və şirin qazlı içkilər qanda qlükozanın səviyyəsini normadan xeyli yuxarı qaldıra bilər. Xərçəng riskini də artırır. Xüsusilə dərin yağda qızardılmış kartof, hamburqer, şaurma kimi məhsullarda nitrozaminlər və akrilamid kimi kanserogen maddələr əmələ gəlir.

Ağa Salamov bildirdi ki, fast-foodların hazırlanmasında Çin duzundan istifadə olunur ki, bu da insanlarda asılılıq yaradan maddədir: 

- Çin duzu əsasən xaricdən gətirilən məhsullarda olur. Bu maddə Monosodyum Glutamat E 621 kodu ilə tanınır. Umami - yəni 5-ci dad verən bir maddədir. Turş, acı, şirin, duzlu - 4 dadı birləşdirib 5-cini ortaya çıxarır. Bəzən insanlar bu qatqı maddəsinin istifadə olunduğu məhsullardan asılı qalır. Ölkəyə idxal olunan kolbasa məmulatları, “fast food” ətləri, toyuqları, qırmızı ət məhsulları, hazır şorbalar, konservləşdirilmiş məhsullar və s. bunların hamısında Çin duzuna rast gəlmək olar. Əgər həqiqətən də uşaqlarımızın sağlam böyüməsini istəyiriksə, bu qidalardan imtina etməliyik. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Yanvar 2026 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri