Fatih Ərbakan Ərdoğanla yenidən ittifaqa qapıları qapatdı: Bir araya gəlmək planımız yoxdur
Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyənin sabiq baş naziri Nəcməddin Ərbakanın oğlu, hazırda Yenidən Rifah Partiyasının sədri olan deputat Fatih Ərbakan ötən seçkidə olduğu kimi, Ərdoğanın lideri olduğu Cumhur İttifaqında bir daha yer almayacaqlarını bəyan edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə o, telekanallardan birinə müsahibəsində danışıb.
Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakan “Prezident Ərdoğan hazırda sizin üçün nə deməkdir?” sualına cavabda deyib ki, 14 may seçkilərində anlaşma memorandumun əsasən, onu dəstəkləsələr də, sonradan qarşı tərəf şərtlərə əməl etməyib: "Bu səbəbdən artıq biz o dəftəri tamamilə qapatdıq. Qarşıdan gələn parlament və prezident seçkilərində Cumhur İttifaqı ilə bir araya gəlməyimiz əsla mümkün deyil, elə bir planımız, düşüncəmiz yoxdur. Parlament seçkilərində müxalifətdəki mühafizəkar baza və sağçı düşüncəli partiyalarla ittifaqı nəzərdən keçirə bilərik. Amma Yenidən Rifah Partiyası prezident seçkilərində müstəqil və öz namizədi ilə iştirak edəcək. Bilirsiniz, biz ötən seçkidə cənab prezidentin xeyrinə geri çəkildik. Bu, bir daha təkrarlanmayacaq”.
Samir Musayev
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 06 Yanvar 2025 09:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















