Fatimə polisə müraciət etdi Doğru Xəbərlər
Icma.az, Dogru.az saytına istinadən bildirir.
Rəqqasə Fatimə Fətəliyevanın da adından dələduzluq edilib.
Axşam.az xəbər verir ki, sənətçi bu haqda özü məlumat yayıb. O bildirib ki, yaxınlarından onun adından pul istəyiblər.
Mənim adımla 077 325-37-88 nömrəsindən sizə mesaj gələrsə, bilin ki, bu, fırıldaqçılıqdır. Həmin şəxslər mənim adımı istifadə edərək dostlarıma, işçilərimə və ətrafımdakı insanlara mesaj yazır, pul tələb edirlər.
Bu barədə hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm. Azərbaycan Daxili İşlər Nazirliyindən xahiş edirəm ki, bu məsələ ilə bağlı araşdırma aparılsın və qanuni tədbirlər görülsün. Xahiş edirəm, diqqətli olun və belə hallarla qarşılaşdıqda dərhal polisə muraciət edin” deyə, Fatimə polisə müraciət edib.
Qeyd edək ki, bundan əvvəl Əməkdar artist Sənubər İsgəndərlinin, rəqqasə Rəna Ağamuradova (Renka), aparıcı Mətanət Əliverdiyeva, İlkin Həsəni, aktrisa Pərvin Abıyevanın da başına bənzər hadisə gəlib.
DOĞRU.AZ
Baxış sayı:84
Bu xəbər 31 Dekabr 2024 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















