Icma.az
close
up
RU
Fatma Mahmudova: “Dodağımı şişirtsəydim, açıq geyinsəydim, bəlkə mənimlə də maraqlanardılar” KONKRET

Fatma Mahmudova: “Dodağımı şişirtsəydim, açıq geyinsəydim, bəlkə mənimlə də maraqlanardılar” KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

“Səhhətim ürəyimcə deyil, yaxşı deyiləm. Tez yoruluram, halsızam.  Çox ağır xəstəlikdir. Sol tərəfim və qolum işləmir”.

KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a Xalq artisti Fatma Mahmudova bildirib.

F.Mahmudova deyib ki, yıxılan zaman çiyni qırıldığı üçün fizioterapiya qəbul edə bilmir: “İki söz danışa bilirəm, buna da şükür edirəm”.

Xalq artisti diqqət göstərilmədiyindən narazıdır: “70 illik yubileyim oldu, olmazsa, ondan yaxşı idi. Maraqlanan olmadı, təbrik etmədilər. Mən bədbəxt adamam, sənətkarın da xoşbəxti, bədbəxti var. Mən bədbəxtlər sırasındayam. Amma buna da şükür edirəm. Heç kim mənimlə maraqlanmadı. Dodağımı şişirtsəydim, açıq geyinsəydim, bəlkə mənimlə də maraqlanardılar. Heç kimə lazım deyiləm. İnsan öləndən sonra dəyərli olur. Ən çox maraqlanan aparıcı Lalə Azərtaş oldu. Bütün aparıcıların verilişinə getmişəm. Biri belə bu gün mənimlə maraqlanmır. Fatma Mahmudova komediya üçün doğulan bir insandır. Oynadığı hər obraz üçün doğulan şəxsiyyətdir. Amma görürəm ki, birinə bir şey olan kimi hamı maraqlanır. Elə bil müharibə başlayanda  hərbçilərin qarşısında çıxış etməmişəm. Ömrümün 57 ilini sənətə həsr etmişəm. Müharibənin ən qaynar nöqtələrinə gedib hərbçilərlə görüşmüşəm, qarşılarında çıxış etmişəm. Əlimdən gələn, gücüm çatan yardımları etmişəm. Öz sənətimlə onlara xidmət göstərmişəm”.

Ağdam rayonunda doğulan F.Mahmudova rayonda tədbirlərdə dəvət almamasından da danışıb: “Bu sualı hamı mənə verir. Ağdamda dövlət tədbiri keçirilən zaman cənab Prezident Ağdama gələndə hamı gedir, ağdamlı olmayanlar belə iştirak edir, ancaq Fatma Mahmudova getmir. Bu haqsızlıqdır mənə qarşı. Mən də istəyirəm cənab prezidentin dəmir yumruğundan öpüm, istəyirəm mənim də əlim dəmir yumruğa dəysin. Prezidentimin boynunu qucaqlamaq istəyirəm. Niyə sualını verirəm. Məgər Ağdamlı deyiləm? Ağdamdan yeganə Xalq artisti adına layiq görülən aktrisa mənəm. Niyə orada yoxam və niyə olmamalıyam?!! Nə zaman olacam? Mən də onu yaxından görmək istəyirəm! Ağdamlı kimi, sənətçi kimi arzumdur. Danışmaq imkanım var, gedə bilərəm! Sağkən dəyər vermək lazımdır”.

Xalq artisti daim səhnədə olmaq istəyir: “Musiqili Komediya Teatrının rəhbərliyi sağ olsun mənimlə maraqlanıb. İstər öncə, istərsə də hazırki rəhbərlik daim mənimlə maraqlanıb, qayğısını məndən əsirgəmir. Dövlətin mənə verdiyi təqaüdə şükür edirəm. Birtəhər dolanıram. Mədəniyyət naziri Adil Kərimlidən çox razıyam. Sağ olsun, məni qəbul edib halımla maraqlanmışdı. Aktyor balıq kimi bir şeydir. Səhnəsiz boğulur. Elə bil sudan çıxıb qalmışam quruda. Qırıq-qırıq səhnələrə çıxıram. Ancaq xəstəlik səsimə də təsir göstərib. Kimləri ki özümə yaxın bilirdim, onları yanımda görmədim. Yadlara qurban olum. Mənim dostum, qohumlarım mənim tamaşaçılarımdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 Noyabr 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see430

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see188

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see174

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see163

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see135

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see129

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri