Favorit bizik, cavab verməliyik "Sabah"ın baş məşqçisi
Icma.az, Axar.az saytına istinadən bildirir.
"Sabah" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiya təmsilçisi "KuPS"la oyununun favoriti hesab oluna bilər.
Axar.az xəbər verir ki, bunu "Sabah”ın baş məşqçisi Valdas Dambrauskas oyundan öncə mətbuat konfransında bildirib.
"Finlandiyada olduğumuza görə çox şadıq. Bildiyiniz kimi, ilk qarşılaşmadan sonra hesab arasındakı fərq çox azdır və düşünürəm ki, hər iki komandanın növbəti mərhələyə yüksəlmək şansı var. İlk oyundakı qələbə bizi cüzi favorit hesab etməyə imkan verə bilər. Lakin eyni zamanda anlayırıq ki, Çempionlar Liqasında və ümumiyyətlə, Avropa turnirlərində səfərdə keçirilən heç bir oyun asan olmur", - o vurğulayıb.
Baş məşqçi rəqib komandanın çox motivasiyalı olacağını və bütün gücünü ortaya qoyacağını deyib:
"Biz də onların mübarizə səviyyəsinə uyğun cavab verməli, öz oyunumuzu oynamalı və ən yaxşı bacardığımız işi görməliyik. Komandamızın necə oynaya biləcəyini yaxşı bilirik".
Qeyd edək ki, komandalar arasında ötən həftə Bakıda keçirilən ilk görüşdə "Sabah" 1:0 hesablı qələbəyə sevinib. "KuPS" - "Sabah" matçı sabah, Bakı vaxtı ilə saat 19:00-da Kuopio şəhər Mərkəzi Stadionunda keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 27 İyul 2026 20:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















