Icma.az
close
up
RU
Fazil Mustafa: Messini Bakıya gətirmək yaxşıdır, amma...

Fazil Mustafa: Messini Bakıya gətirmək yaxşıdır, amma...

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Milli Məclisin komitə sədri, millət vəkili Fazil Mustafa dünyaca məşhur futbolçu Lionel Messinin ötən gün öz komandası ilə birgə Bakıya etdiyi səfəri ilə bağlı sosial şəbəkə hesabında öz təəssüratlarını bölüşüb.

Turkustan.az olaraq Fazil Mustafanın fikrilərini sizə təqdim edirik!

"Messini Bakıya gətirmək yaxşı işdir. Özəlliklə də çox sayda uşağın sevincini görməyə dəyərdi. İdealları olan bir futbolçunu bu cür qarşılamaq və sevinmək uşaqların haqqıdır. Hələ bu görüşə qatıla bilməyənlərin üzüntüsünü də anlamaq lazımdır. Messi, fikrimcə dünyanın gəlmiş-keçmiş ən möcüzəli futbolçusudur. Bununla belə, ən aktual məsələ bu cür gəliş-gedişlərin ölkəmizdə futbolun inkişafına faydası barədə strategiyadır. Varmı belə strategiya? Bilgim olmadığından qəti söz söyləmək istəməzdim. Ancaq düşünürəm ki, sırf şou xarakteri daşıyan addımdır. Məsələn, Məsut Özilin gəlişi, meydançada uşaqlarla top qovması daha anlamlı görünürdü. Əlbəttə qonağa qazan yeməklərini, kababımızı ikram etmək də vacibdir. Bu cür əlahiddə qonaqları qazanımızın içində gəzdirməklə bərabər qazonumuzun da üstündə dolaşdırmaq yaxşı olardı. Bu cür futbolçuların uşaq idmanına dəstək üçün gəlməsi ən ciddi strategiya olaraq düşünülməlidir. Tövsiyələri faydalı ola bilər. Ən rahat yol isə başqadır. Futbolu diletantların cəngindən xilas edib, ağıllı milli çempionat platforması yaradırsan, 5-6 “Qarabağ” kimi, hətta bu standartdan da yuxarı komanda formalaşır, Avropa yarışlarında stabil yer alır və heyətində ulduzların olduğu komandalar vaxtaşırı Bakıya, Ağdama, Naxçıvana, Lənkərana gəlir. O zaman uşaqlarda da buna alışqanlıq yaranır və Messini gördüyündə ağladıqları kimi davranmırlar. Anlayıram, Molla Nəsrəddinin biznes məsələsinə bənzər bir şeylər olduğunun fərqindəyəm, ancaq bəlkə də buradan başlamaq daha məqsədəuyğun olar. Mollanın biznes planı belədir: qapının yaxınına tikan əkəcək, oradan keçən qoyunların yunu tikana ilişəcək, bu yunu əyirəcək, onu ipə çevirib paltar toxuyacaq, paltarı satıb pul qazanacaq! Sadəcə hər bölgədə uşaqlar üçün əlçatan formada futbol, basketbol, voleybol, həndbol, reqbi, üzgüçülük, atletika infrastrukturu yaratsaq Olimpiya çempionları yetişdirən bu məmləkət niyə də Messi dəyərində bir azərbaycanlı Məsi yetişdirməsin?!"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 12 Dekabr 2024 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri