Icma.az
close
up
RU
Fazil Mustafa Saleh Məmmədova elə cavab verdi ki...

Fazil Mustafa Saleh Məmmədova elə cavab verdi ki...

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Mərhum Əbülfəz Elçibəy prezident olarkən təyin etdiyi bir maliyyə naziri vardı. Adı Saleh Məmmədov idi. Bəlkə də kimsə iqtisadçı kimi daha doğru qiymətləndirə bilər, ancaq bir neçə dəfə ayaqüstü söhbətdən sonra o zamandan bəsit bir düşüncə sahibi təsəvvürü yaratmışdı məndə. Bu səbəbdən də heç vaxt təmas qurmağa marağım olmadı.

Sonralar bir-iki dəfə populust layihələrlə gündəmə gəlməyə təşəbbüs etdi, hər halda bunlar da orijinal layihələr kimi diqqət cəlb etmədi. Ola bilsin ki, öz sahəsində kimlərsə yaxşı mütəxəssis hesab etsin, buna görə kimsənin haqqına girə bilmərəm. Ancaq bu da inandırıcı görünmür, çünki iqtisadi təlatümlərin yaşandığı son 20 ildə ən azı diqqətçəkici bir neçə ciddi təhlillə çalışmalarını duymaq mümkün olardı. Necə ki, tanıdığım ən azı 7-8 iqtisadçının bu sahədə sanballı işləri ilə tanış olmuşan və bu mənbələrdən lazımınca faydalanmışam. Ancaq bir neçə dəfə tarix mövzusunda əleyhimizə qeydlərinə rast gəldiyimdə bu sahədə piyadalığına zərrə qədər şübhəm qalmadı.

Bu da mövzumuz üçün əsas deyil. Əlbəttə, bir mövzuda hamı eyni fikirdə ola bilməz, ancaq gərək hansısa fikirdə olasan ki, əks fikri təkzib edə biləsən. Sözümün canı başqa yerdədir. Haradasa on il öncə olar, bir dəfə Milli Məclis rəhbərliyinə çağırıb söylədilər ki, sizdən şikayət var. Baxdım ki, şikayəti professor Saleh Məmmədov imzalı biri yazıb və mənim guya xalqın tarixini və onun qəhrəmanlarını təhqir etdiyimi vurğulayaraq cəzalandırılmağımı tələb edib. Gülərək cavab verdim ki, dünən də, bu gün də, sabah da mənim düşüncə və görüşlərimə qarşı bu cür qeyri-ciddi və və qeyri -peşəkar yanaşmaların heç bir əhəmiyyəti yoxdur və kimsə mənə necə düşünəcəyimi öyrədə bilməz. Kitaba, məqaləyə, fikrə əsaslandırılmış kitabla, məqalə ilə, fikirlə cavab verilər. Söylədim ki, burada acınacaqlı başqa bir məqam var: müasir dövrün özünü demokrat sayan bir hansısa professoru tamamailə bilgisiz olduğu bir sahədə addim atdığının fərqinə varmadan araşdırmalar aparıb yazı yazan bir müəllifin fikirlərinin boğulmasını tələb edir. Bu kimi epizodlar, 1937-38-ci illərdə yazılmış məlum məktubları xatırlatdı mənə. Əlbəttə, tarix, din şüuru mövzusunda problemlər ətrafında istənilən ciddi opponentlə debatlara dəfələrlə çıxmışam, fikirlərimi tutarlı arqumentlərlə əsaslandırmağa çalışmışam. Bu prosesdə xeyli təhqir, böhtan, şantajla da qarşılaşmışam, ancaq bir çox hallarda bütöv bir qaragüruh axının qarşısında təkbaşına duruş gətirmişəm. İndi də təqribən o cürdir. Yazılan yazını, ortaya qoyulan kitabı bir qırağa qorub şəxsimə qarşı aparılan bu kampaniyanı da ağılsevər insanların dəstəyi ilə rahatlıqla boşa çıxaracağam. Sadəcə bir məqam diqqətimi çəkdi. Geriçiliyi, saxta tarix nağıllarını müdafiə edərək fikirlərimizi təhrif etməklə ictimai rəyi çaşdırmağa çalışan bir yazının altında baxıram ki, yenə də həmin professor Saleh Məmmədov peyda olur və özünəməxsus bəsit düşüncəsini təkrarlayır: "Mən o vaxt demişdim ki, bunu cəzalandırmaq lazımdır".Bu zavallı çayxana professoru eynən dinçi radikallar kimi düşünür və yenə də məntiqi sıfırlananda cəzadan, yox etmədən, susdurmadan dəm vurur.

Bu cür epizodlarla bağlı xeyli təcrübəli sayıla bilərərm və anladığım gerçək budur ki, xalq üçün, cəmiyyət üçün faydalı olan nə varsa, yazmaqdan çəkinməyin. Çünki yazılan hər zaman anlayan insanlar üçündür. Qaragüruh belə istəyir, hələ vaxtı deyil kimi ifadələrə baş qoşulsaydı, nə Yunanlarda, nə də Ortaçağda hansısa fikir həyatı ola bilərdi. Biz də də nə Axundov, nə Mirzə Cəlil, nə də Sabir olardı. Böyük Rəsulzadənin möhtəşəm bir fikrini təkrar xatırlatmaq istəyirəm: “Tarix, əlbəttə hər millətin siyasi həyatını və istiqlaliyyətini tədqiq edərkən, heç bir xətanı unutmayacağı kimi, heç bir fərdi də məsuliyyətsiz buraxmayacaqdır! Siyasətçilər siyasi xətalarından, alimlər tənbəlliyindən, hərbçilər yanlış müdafiə taktikalarından, camaat məfkurəsizliyindən, cahil də cahilliyindən məsuliyyət daşıyırlar.”

Şəxsən mən öz məsuliyyətimin hansı kateqoriyaya aid olduğunu dəqiq bilirəm. Salah Məmmədov kimi düşünənlərin isə hansı kateqoriyada məsuliyyət daşıdığının seçimini özlərinə buraxıram.

Fazil Mustafa,

Milli Məclisin komitə sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 31 May 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see370

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see346

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see340

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see321

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see274

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see273

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see260

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see247

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see226

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see223

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see222

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see218

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see217

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see216

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see216

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see210

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see202

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see196

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri