Icma.az
close
up
RU
Fazil Qasımov yenidən hakim qarşısına çıxarılır

Fazil Qasımov yenidən hakim qarşısına çıxarılır

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov və onunla birlikdə ittiham olunan Anar Əliyevin növbəti məhkəmə prosesi keçirilib.

Gununsesi.info xəbər verir ki, gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başladığı elan olunub.

Dövlət ittihamçısı Fuad Musayev ittiham aktını səsləndirib.

Fazil Qasımov buna etiraz edərək vəsatəti olduğunu, vəkilinin iştirakı olmadan ittiham aktının elan olunmasının düzgün olmadığını, yeni vəkillə müqavilə bağladığını bildirib.

Lakin prokuror nitqini davam etdirib.

İttihama görə, Fazil Qasımov Qubad İbadoğlu və Anar Əliyev ilə qabaqcadan cinayət əlaqəsinə girərək mənbəyi naməlum olan saxta pul vəsaitlərini Türkiyədən Azərbaycana keçirib. Təqsirləndirilən Anar Əliyevin evində axtarış zamanı həmin pul vəsaiti – 20 min ABŞ dolları aşkar olunaraq götürülüb. Eyni zamanda onda odlu silah da aşkarlanıb.

Prokurorun çıxışından sonra vəkil Nemət Kərimli Fazil Qasımovun vəkili qismində iştirak edəcəyini bildirib.
Daha sonra Fazil Qasımov özünü yaxşı hiss etmədiyini söyləyib və onun halı pisləşib.

Proses dekabrın 12-dək təxirə salınıb.

Qeyd edək ki, Fazil Qasımov Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur. O, Qubad İbadoğlunun işi ilə bağlı saxlanılıb. İstintaqın gedişində Fazil Qasımovun işi Qubad İbadoğlunun işindən ayrılaraq icraata götürülüb.(APA)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:275
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 Dekabr 2024 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri