Icma.az
close
up
RU
Federasiya prezidentinin unutduğu keçmiş

Federasiya prezidentinin unutduğu keçmiş

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti, eyni zamanda da elm və təhsil naziri olan Emin Əmrullayev jurnalistlər qarşısında növbəti dəfə çıxış edib.

Onun təhsillə bağlı çıxışları, adətən, uzun müddət sosial şəbəkələrdə müzakirə olunur, bəzi kəlmələri lağlağı mövzusuna çevrilir. İllərini təhsilə vermiş müəllimlər, ekspertlər şikayətlənirlər ki, Əmrullayevin dedikləri reallıqla uzlaşmır. Bu dəfə Emin bəy mikrofonlar önünə nazir yox, federasiya prezidenti kimi çıxıb. Danışdıqları da problemlər içində çabalayan, ildən-ilə geri gedən təhsilimiz yox, basketbolumuz olub. Federasiya prezidenti çalışıb ki, Azərbaycan basketbolunun problemlərindən danışmasın, reallıqalardan deyil, utopik inkişaf xəyallarından danışsın.
Onun sözlərindən bir məqam daha çox diqqətimi çəkdi. Əmrullayev belə deyir:

“İstənilən federasiyanın və idman növünün mahiyyəti qələbə ilə bağlıdır. İdmanla bağlı olmayan adamların idmanı tənqid etmələri nonsensdi. Bizi zaman-zaman legioner cəlb etməkdə tənqid edirlər. Bunun cavabı çox sadədi: Olimpiadada iştirak etmək istəyirikmi? Əlbəttə, hamının istəyi təmsil olunmaqdı. İkinci sual budur ki, hansı üsulla? Qısa müddətdə buna nail olmaq çox çətindi. Ona görə də legionerlər gətirdik. Həqiqətdən danışırıqsa, hələ bir müddət yuxarı yaş qruplarında əcnəbilərin xidmətindən yararlanacağıq”.


Necə deyərlər, sitatın sonu... Emin bəyin məntiqi ilə yanaşsaq, idmana bağlı olan insanlar idmanı tənqid edə bilər. Mən də son 17 ildə idman jurnalistikasıyla fəal şəkildə məşğul olan, müntəzəm müəllif yazılarımda idmanımızın problemlərini qabardan biri kimi bu hüquqa sahibəm. Mən Basketbol Federasiyasının legionerlərə kütləvi şəkildə qucaq açmasının yanlış siyasət olduğunu deyirəm. Bunu da sübut etməyə hazıram. Heç uzağa getmək lazım deyil. Çox dəyərli Emin bəyin də Müşahidə Şurasının üzvü olduğu “Neftçi”yə baxın. Ölkənin ən qocaman klubunun uşaq akademiyalarının normal fəaliyyət göstərməməsinin səbəblərindən biri də ayrılan maliyyənin bir ucdan legionerlərə xərclənməsidi. Əcnəbilər gəlir-gedir, milyonlar xərclənir. Amma ortada nəticə yoxdu. “Neftçi” ölkə çempionatında uğurun da, avrokubokların da dadını unudub.
Cənab Əmrullayev elə AFFA-nın da fəaliyyətinə, acı təcrübəsinə nəzər sala bilər. İllər boyunca AFFA kütləvi “milliləşdirmə” ilə məşğul oldu. Millimizə soxuşdurulan əcnəbilərin coğrafiyası Braziliyadan, Argentinadan üzübəri Dağıstana, Ukraynaya, İrana qədər gəldi. Qazandığımız nə oldu? Hansı böyük turnirin final mərhələsinə vəsiqə qazandıq? Emin Əmrullayevin təbirincə desəm, Olimpiadada çıxış etmək bizə qismət olmadı. Nəinki böyük turnirlərdə oynamışıq, əksinə, tariximiz alçaldığı məğlubiyyətlərlə zəngindi. Avropada bizə qalib gəlməyən yığma qalmayıb, “cırtdanlar”ın arasında yer alırıq.
Çox təəssüf edirəm ki, Emin bəy özünü idmana bağlı adam sayır, amma yaxın keçmişdə yaşananlardan dərs çıxarmaq istəmir. Özü də təhsil işçisidi, təhsilimizin də başında dayanır. Əslində, dərs çıxarmağı özü daha yaxşı bacarmalıdı.
Futzal Federasiyasının prezidenti Zaur Axundov bir vaxtlar futzal yığmamıza da, “Araz Naxçıvan”ın futzal komandasına da braziliyalıları doldurmuşdu. Özü də fəxrlə deyirdi ki, lap Həbəşistandan da legioner gətirib, millidə oynatmağa razıdı, təki nəticə qazanılsın. Hanı o nəticələr? Zaur Axundovun gətirdiyi legionerlər gedən kimi Azərbaycan futzalı göydən yerə endi, qitənin ən zəiflərindən birinə çevrildik. Ara yerdə qiymətli zamanı və milyonları itirmişik. İndi basketbolumuzun da həmin yolu tutmasına təəssüflənirəm. Bu üsullu böyük uğurlar qazanmaq mümkün deyil, cənab Əmrullayev.
Aqillər deyir ki, ağıllı adam başqalarının səhvindən nəticə çıxarandı, öz səhvlərindən yox. Odu ki, futbolumuzun, futzalımızın başına gələnlərə baxıb, basketbolu bu bəladan qorumaq lazımdı. Uğur istəyiriksə, legionerlərin ətəyindən yapışmayaq, öz uşaqlarımızı yetişdirək. Həm də onları Azərbaycan cəmiyyətinə qazandıraq.
AMAL
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Oktyabr 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see675

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see371

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see225

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see204

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see181

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see179

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see177

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see177

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see176

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see174

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see171

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see171

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see170

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see169

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see168

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see165

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see164

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see160

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see156

Tramp administrasiyası 250 mindən çox vizanı ləğv etdi

01 Oktyabr 2026 20:59see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri