Icma.az
close
up
RU
Federasiyanın yeni vitse prezidentləri: Bankir oğlu, Aparat rəhbəri, partiya koordinatoru ARAŞDIRMA İdman və Biz

Federasiyanın yeni vitse prezidentləri: Bankir oğlu, Aparat rəhbəri, partiya koordinatoru ARAŞDIRMA İdman və Biz

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidentlərinin kimliyi məlum olub.

Məlum olduğu kimi, yanvarın 18-də Üzgüçülük Federasiyasının prezident seçkisində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2012-ci ildən bu quruma rəhbərlik edən millət vəkili Xanlar Fətiyevi əvəzləyib.

Bəs federasiyanın seçilmiş yeni vitse-prezidentləri kimdir?

İdman.biz xəbər verir ki, Prosport.Az bunu araşdırıb.

Xaliq İldırımzadə – "Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyinin sədridir. O, 2020-ci ildə bağlanmış "ƏmrahBank"da İdarə Heyətinin sədr müavini olub. Bankın sahibi Yunis İldırımzadənin oğludur.

Dəyanət Sədullayev – 2023-cü ilin 15 iyunundan "Paşa Holdinq"in Aparat Rəhbəridir. "Azərelektroterm" ASC-nin baş mühasibliyindən bu vəzifəyədək yüksəlib.

Ümid Abuzərli – Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Ofisinin Koordinatorudur. Əvvəl Diasporla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq Təşkilatlarla Əlaqələr şöbəsinin müdiri işləyib. Mətbuatda onun haqda gedən xəbərlərə inansaq, soyad fərqli olsa da (babasının adını soyad kimi götürüb – red.), onun Daşkəsən (2006-2011) və Salyanın (2011-2016) sabiq icra başçısı Tahir Kərimovun oğlu olduğu deyilir.

Həmçinin, İdarə Heyətindəki şəxslərin kimliyinə də nəzər salaq:

Şamil Əbdürrəhmanov – 2001-ci ildə Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın tədrisindəki xidmətlərinə görə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. O əvvəlki rəhbərliyin dövründə də İdarə Heyətində yer alıb.

Eldar Abbasov – sabiq rabitə naziri, hazırda Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu baş direktoru olan akademik Əli Abbasovun oğludur. "Azərenerji" ASC-nin keçmiş prezidenti Etibar Pirverdiyevin kürəkənidir. Bir müddət əvvəl gömrük orqanlarından vəzifəsindən azad edilən E.Abbasov hazırda "Railways Communications & Technologies" (RCT) LLC (Dəmir Yolları, Rabitə və Texnologiyaları) şirkətinin Azərbaycandakı nümayəndəliyinin icraçı direktorudur.

Ruslan Ələkbərov – "Paşa Həyat Sığorta" şirkətində çalışır.

Azər Babayev – su polosu üzrə milli komandanın baş məşqçisidir. O əvvəlki rəhbərliyin dövründə də İdarə Heyətində yer alıb.

Mark Koqanov – su polosu üzrə hakimlik edib. O, Xanlar Fətiyevin 2012-ci ildə ilk dəfə prezident seçilməsindən bu yana, həmişə vitse-prezident olub. Hazırda isə o, sadəcə İdarə Heyətinin üzvüdür.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 24 Yanvar 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri