Icma.az
close
up
RU
FEDin QƏRARI DOLLARA NECƏ TƏSİR EDƏCƏK? “Bu ona gətirib çıxarır ki, Azərbaycan manatı...” AzPolitika onlayn siyasiictimai qəzet

FEDin QƏRARI DOLLARA NECƏ TƏSİR EDƏCƏK? “Bu ona gətirib çıxarır ki, Azərbaycan manatı...” AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Amerika Birləşmiş Ştatlarının mərkəzi bank funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) uçot faiz dərəcəsini 25 baza bəndi azaldaraq illik 4,25-4,5 % aralığına endirib. Məlumata görə, iqtisadi fəallıq inamla artmağa davam edir, ilin əvvəlindən əmək bazarındakı şərtlər ümumiyyətlə yaxşılaşıb, işsizlik səviyyəsi isə artsa da, aşağı səviyyədə qalır. İnflyasiya FOMC-nin 2 %-lik hədəf göstəricisinə yaxınlaşıb, lakin bir qədər yüksək olaraq qalır.

Qeyd edək ki, dünya bazarlarında faiz dərəcəsinin azaldılması dolları zəiflədir, ixrac iqtisadiyyatlarını dəstəkləyir, lakin Amerika valyutasında yüksək borcu olan ölkələrin durumunu çətinləşdirir.

Bu barədə iqtisadçı Xalid Kərimli “AzPolitika”-ya şərhində bildirib ki, FED-in fazi dərəcələrini aşağı salması ilə bağlı bir məqama diqqət yetirmək lazımdır:“Burada inflyasiya gözləntilərinin aşağı düşdüyünü görürük. Əgər ABŞ 2024-cü ilə qədər yüksək faizlər tətbiq edirdisə, 2024-cü ilin yayından azalmaya keçir. İnflyasiyanın aşağı düşməsi fonunda iqtisadi inkişafın ləngiməmsi üçün ABŞ Mərkəzi Bankı vəziyyətə uyğun davranış nümayiş etdirir. ABŞ-də əsas faiz siyasətinin barometri odur ki, inflyasiya 2 faizə düşsün. Elan olunan inflyasiya göstəriciləri də ABŞ Mərkəzi Bankına imkan verir ki, faiz dərəcələrini azaltsın. Çünki faiz dərəcələrinin yüksək saxlanması iqtisadiyyatda problemlər yarada bilər. Məhz buna görədir ki, vəziyyətə uyğun olaraq faiz dərəcəsini aşağı salır və ya artırırlar. Məsələn, inflyasiyanın yüksək olduğu – 2021, 2022, 2023-cü illərdə artırmışdılar. 2024-cü ildən isə azalmanın olduğunu görürük”.

Ekspert qeyd edir ki, sözügedən qərarın dolların qiymətini ucuzlaşdıracağı gözlənilsə də, bu baş vermədi:“Çünki bu qərarın veriləcəyini bazarlar 5-6 ay öncədən bilirdilər. ABŞ Mərkəzi Bankının sədri Cerem Pauelin mətbuat konfarında elan etdiyi fikirlər gələn il üçün faiz dərəcəsinin aşağı salınacağı ilə bağlı gözlənti yaratdı. Təbii ki, hər şey statistik məlumatlardan asılı olacaq. Amma deyə bilərik ki, gələn il daha az faiz azaldılmasına gediləcək. Dediyim kimi, bazar zatən bunu gözləyirdi. Ona görə dollar nəinki ucuzlaşdı, hətta bahaladşı. Gələn il üçün ABŞ dollarının necə olacağı isə geopolitik vəziyyətdən, Avropa, Yapon mərkəzi banklarının siyastindən, həmçinin Trampın həyata keçirəcəyi iqtisadi reformların iqtisadiyyata təsirinin proqnozlaşdırlımasından asılı oalcaq”.

X. Kərimlinin sözlərinə görə, dolların faiz dərəcəsinin aşağı salınmasının Azərbaycana ziyanı yoxdur: “Faiz dərəcəsinin aşağı salınması dolların qiymətinin aşağı salınması anlamına gəlir. Bu ona gətirib çıxarır ki, Azərbaycan manatı təzyiq altından çıxmağa başlayır. Faizin aşağı salınması həm də Azərbaycan Mərkəzi Bankının daha rahat faiz dərəcəsi siyasəti həyata keçirməsinə dəstəkdir. İndiki halda ABŞ dollarının məzənnəsinin bahalaşması inflyasiyanın aşağı düşməsi baxımından yaxşıdır, amma nəzərə almalıyıq ki, bu, eyni zamanda qeyri-neft sektoru üçün ziyanverici amildir”.

E. Bəyməmmədli

“AzPolitika.info” 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Dekabr 2024 08:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see269

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see160

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see158

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see155

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see154

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see148

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see148

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri