Icma.az
close
up
RU
Fələstin: Türkiyə bizə lazım deyil biz yetim deyilik

Fələstin: Türkiyə bizə lazım deyil biz yetim deyilik

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fələstinin Kiprdəki səfiri (Yunan Kipri) Abdullah Attari Türkiyənin Fələstin məsələsinə yanaşmasını tənqid edən sərt açıqlamalarla çıxış edib.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, onun sözləri Yaxın Şərqdə və beynəlxalq diplomatiya müstəvisində yeni gərginlik dalğasına səbəb olub.

Yunanıstanın “Politis” nəşrinə danışan səfir iddia edib ki, bəzi dairələr Fələstini Türkiyənin geosiyasi məqsədləri üçün “alətə çevirmək” istəyirlər. O, bu ehtimalları qəti şəkildə rədd edib:

“Heç kim bizi yönləndirə bilməz. Biz yetim deyilik. Bizim müqəddəs bir məsələmiz var və yalnız BMT və onun qurumları vasitəsilə yol alırıq”.

Attari bu açıqlamanı BMT Baş Assambleyasının 81-ci sessiyasının sədrliyinə həm Fələstinin, həm də Kiprin namizədliyinin irəli sürülməsi fonunda verib. Mümkün qarşıdurma ilə bağlı yaranan müzakirələrə cavab olaraq o bildirib ki, Fələstin Kiprlə münasibətləri dostluq və qarşılıqlı anlayış prinsipləri üzərində qurur:

“Fələstin–Kipr münasibətləri iki güclü dayağa əsaslanır: qarşılıqlı hörmət və anlaşma. Unutmamalıyıq ki, Kipr Fələstini tanıyan ilk ölkələrdən biri olub”.

Səfir həmçinin bildirib ki, bölgədə yeganə “qarşılıqlı təsir” forması kimi, İsrailin Kipri, Türkiyənin isə Fələstini dəstəkləməsini qəbul edə bilərlər:

“İsrail Kipri, Türkiyə Fələstini dəstəkləyə bilər. Bundan artıq heç nə yoxdur”.

Bütün bu ifadələr Fələstin diplomatiyasının Türkiyəyə qarşı açıq mövqe sərgilədiyini və Ankara ilə münasibətlərin gərginləşə biləcəyini göstərir. Halbuki son illərdə Türkiyə Fələstin məsələsində beynəlxalq tribunalarda qətiyyətli çıxışlarla yadda qalıb və Qəzzada baş verənlərə qarşı sərt reaksiyalar verib. Türkiyə Fələstin uğrunda İsraillə müharibə vəziyyətinə gəlib. Üstəlik, İsraillə müttəfiq olduğu üçün qardaşı Azərbaycanı belə qınayıb.

Bu açıqlama Azərbaycanın Fələstinə münasibətdə tutduğu soyuqqanlı və ölçülü siyasətin nə qədər haqlı olduğunu bir daha göstərdi. Bakı heç vaxt Fələstinə emosional dəstək vermədi. Çünki Qarabağ məsələsində Fələstin daim ermənilərin tərəfində oldu. BMT-də səsvermələrdə, müsəlman həmrəyliyi çağırışlarında, beynəlxalq tribunalarda Azərbaycanın ədalətli mübarizəsinə ya səssiz, ya da əleyhdar yanaşmalar sərgilədi.

Üstəlik, Fələstin dövlətinin nümayəndələri Qarabağla bağlı az qala Ermənistanın arqumentlərini müdafiə edən mövqelər sərgiləyiblər…

Bu gün isə onların Türkiyəni “bizə rəhbərlik edə bilməz”, “biz yetim deyilik” deyərək rədd etməsi, əslində dostlarını satmaq anlamına gəlir. Əgər Türkiyə yoxdursa, kim var?

Azərbaycan bu riyakarlığı illər öncə sezdi və siyasətini ona uyğun formalaşdırdı. Fələstinlə diplomatik münasibət qurdu, yardımlar etdi, əzilən xalqın səsinə səs verdi, amma heç vaxt bu yönətim üçün savaş açmadı, özünü yaxına buraxmadı. Çünki biz Türkiyənin indi gördüyü sifəti 30 il öncə görmüşdük. Yasir Ərəfatın, Mahmud Abbasın Ermənistana dəstək bəyanatları hələ də internet məkanında dolaşmaqdadır.

Bu gün biz bir daha əmin oluruq ki, qardaşlıq bəyanatla yox, davranışla sübut olunur. Türkiyəyə qarşı bu cür soyuq, saymazyana və xaincə açıqlamalar verən, Qarabağ savaşında ermənilərin mövqeyində dayanan bir dövlətin “qardaş” adlandırılması nə qədər doğrudur?

Türkiyə özünün Fələstindən çox fələstinçi olmaq siyasətinə yenidən baxmalıdır…

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://axar.az
archiveBu xəbər 02 Avqust 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri