Icma.az
close
up
RU
Fələstini 157 ölkə tanıdı: Yeni mərhələnin başlanğıcı, yoxsa simvolik dəstək? ŞƏRH

Fələstini 157 ölkə tanıdı: Yeni mərhələnin başlanğıcı, yoxsa simvolik dəstək? ŞƏRH

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu günə qədər 157 ölkə Fələstin dövlətini rəsmi olaraq tanıyıb. Bu rəqəm, Birləşmiş Millətlər Təşkilatına üzv olan 193 ölkənin təxminən 81%-i deməkdir. Fələstinin beynəlxalq aləmdə bu qədər geniş dəstək qazanması, onun müstəqil dövlət kimi qəbul olunması istiqamətində önəmli siyasi iradənin olduğunu göstərir.
Ən son İspaniya, Norveç və İrlandiyanın Fələstini rəsmi olaraq tanıması beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Bu qərar, uzun illərdir İsrail-Fələstin münaqişəsində siyasi balansın dəyişməsi və Fələstinin dövlət kimi tanınması istiqamətində atılan mühüm addım kimi qiymətləndirilir.
Lakin bu tanımanın real nəticələr doğurub-doğurmayacağı, bölgədə sülh prosesinə necə təsir edəcəyi və İsrailin bu qərarlara reaksiyası məsələsi hələ də sual altındadır.
Maraqlıdır görəsən, ölkələrin Fələstini tanıması doğrudan da nəyisə dəyişəcəkmi, yoxsa bu, sadəcə simvolik dəstəkdən ibarət qalacaq? Turkustan.az olaraq bu sualları siyasi şərhçi Əli Zülfüqaroğluna ünvanladıq.

Əli Zülfüqaroğlu
Süveren Fələstin dövlətini tanıyan ölkələrin sayı artsa da, bu, problemin birdəfəlik həllinə gətirib çıxarmır. İndiyə qədər 150-yə yaxın ölkə Fələstini tanıyıb, amma real vəziyyət ondan ibarətdir ki, İsrail bunu qəbul etmir və Fələstin ərazilərini işğal etməkdə davam edir. Digər tərəfdən, Qəzzada törədilən dağıntılar, həmçinin İsrail hökumətinin bir sıra yaxın qonşu ölkələrə hücumları vəziyyətin daha da gərginləşməsinə səbəb olur. İsrailin sionizm ideologiyasına əsaslanan xarici siyasəti isə bir mənalı olaraq Fələstin dövlətinin yaranmasını qəbul etmir.
Bilindiyi kimi, İsrail hökumətləri adətən sionist düşüncəyə sahib partiyalar və şəxslərdən təşkil olunur. Buna görə də vəziyyətin bu dərəcədə gərginləşməsinin əsas səbəblərindən biri də məhz budur. Əlbəttə, İsrail bu siyasəti təkbaşına davam etdirmək gücündə deyil. Bunun arxasında ABŞ dayanır. ABŞ siyasətinə və iqtisadiyyatına ciddi təsir imkanlarına malik olan güclü sionist lobbi mövcuddur. Bu təsirin həcmi barədə son dövrlərdə Türkiyə rəsmiləri də açıq danışırlar. Hətta müəyyən çevrələrdə belə bir fikir formalaşıb ki, ABŞ İsraili deyil, İsrail ABŞ-ı idarə edir. Bu isə dövlətlərin məsələyə fərqli yanaşmasını zəruri edir. Fələstini tanımaqla bağlı verilən bəyanatların və qınaqların isə real nəticə vermədiyi artıq hər kəsə məlumdur.
Fələstin probleminin həlli yalnız İsraildə siyasi dəyişikliklərin baş verməsindən, yəni alternativ düşüncəyə sahib qüvvələrin hakimiyyətə gəlməsindən asılıdır. Çünki sionist ideologiyaya əsaslanan hökumətlər heç vaxt müstəqil Fələstin dövlətini qəbul etməyəcəklər. Bütün bunların fonunda İsrail üzərinə beynəlxalq təzyiqlərin və sanksiyaların daha da artacağı gözlənilir. Çünki artıq siyonizmin mahiyyəti ifşa olunub və həm beynəlxalq siyasi elita, həm də geniş ictimai rəy baş verənlərin fərqindədir. Tarixdə ikinci dəfə olaraq suveren Fələstin dövlətinin yaranması üçün real zəmin formalaşır.
Bu baxımdan Qərb dövlətləri ilə yanaşı, İslam ölkələrinin də yeni mövqedən çıxış etməsi İsrail hökumətinin manevr imkanlarını daraldır. Gözlənilir ki, İsrail üzərində sanksiyalar artacaq və bütün bunların əsas məqsədi mövcud hakimiyyətin dəyişdirilməsinə yönələcək.
Nəticə etibarilə, Fələstin probleminin həlli və suveren Fələstin dövlətinin yaranmasının yeganə yolu İsraildə yeni hakimiyyətin formalaşması və alternativ düşüncələrin hakimiyyətə gəlməsidir. Əks halda, istər BMT-nin, istərsə də müxtəlif dövlətlərin atdığı addımlar heç bir real nəticə verməyəcək.
Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 24 Sentyabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see193

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see148

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see137

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri