Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

Fələstini tanıyanların sayı artır: Sülhə gedən yol, yoxsa yeni gərginlik mərhələsi? TƏHLİL

Fələstini tanıyanların sayı artır: Sülhə gedən yol, yoxsa yeni gərginlik mərhələsi? TƏHLİL

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Fələstin məsələsinin həllində “İki dövlət prinsipi” beynəlxalq hüquq və BMT qətnamələri çərçivəsində ən real və legitim model kimi qiymətləndirilir.

Azərbaycan da bu mövqeyi ardıcıl şəkildə dəstəkləyir, 90-cı illərdə Fələstini tanıyaraq onunla diplomatik münasibətlər qurub. Bu addım Azərbaycanın münaqişənin həllinə yanaşmasında prinsipial mövqeyini və beynəlxalq hüquqa əsaslanan həll yollarına sadiqliyini əks etdirir. Azərbaycanın bu istiqamətdə atdığı addımlar, eyni mövqeyi sonradan qəbul edən digər ölkələrə nisbətən daha erkən və ardıcıl xarakter daşıyıb.

Ardıcıl tanınmalar fonunda Fələstin-İsrail danışıqlarının gələcəyi

Son günlərdə isə müxtəlif ölkələrin ardıcıl şəkildə Fələstin dövlət müstəqilliyini tanıması diqqət çəkir. Bu proses beynəlxalq aləmdə münaqişənin həlli ilə bağlı yeni dinamikanın formalaşmasına səbəb ola bilər. Fələstinin tanınması bir tərəfdən siyasi dəstək kimi qiymətləndirilir və münaqişənin beynəlxalq hüquq əsasında həllinə çağırış xarakteri daşıyır, digər tərəfdən isə İsrailin mövqeyini çətinləşdirərək danışıqlarda balanslı həll tapmağı daha mürəkkəbləşdirə bilər. Beləliklə, bu prosesin həm müzakirə imkanlarını genişləndirməsi, həm də tərəflər arasında əlavə gərginlik yaratması mümkündür.

Eyni zamanda, müzakirələrdə İsrailin təhlükəsizlik narahatlıqları da nəzərə alınmalıdır. Çünki Fələstin tərəfinin hazırkı siyasi strukturu parçalanmış vəziyyətdədir. Mahmud Abbas Administrasiyasının institusional imkanlarının zəifliyi, digər tərəfdən HƏMAS ilə müxtəlif silahlı qrupların siyasi proseslərdə legitimlikdən kənarda qalması danışıqları çətinləşdirir. Bu vəziyyət İsrailin təhlükəsizlik arqumentlərinin diqqətdən kənarda qalmamasını zəruri edir.

Vaşinqtonun siyasi iradəsi olmadan uzunmüddətli həll mümkündürmü?

Münaqişənin gələcək inkişaf trayektoriyasına təsir edəcək əsas amillərdən biri ABŞ-ın mövqeyidir. Hazırda Vaşinqton Qəzza böhranının uzunmüddətli həllinə dair konkret plan irəli sürməyib. Bununla belə, ABŞ-ın regional təsir imkanları və İsraillə strateji tərəfdaşlığı nəzərə alındıqda, onun siyasi iradəsi real nəticələr üçün mühüm əhəmiyyət kəsb edə bilər. Digər beynəlxalq aktorlar - Avropa İttifaqı, Böyük Britaniya və Fransa - münaqişənin həlli istiqamətində daha çox prinsipial dəstək bəyanatları ilə çıxış edir, lakin praktik həll mexanizmləri hələ formalaşmayıb.

Münaqişənin həlli baxımından humanitar aspekt də ön plana çıxır. Girovların azad edilməsi və mülki əhalinin qorunması prosesin legitimliyini şərtləndirən əsas amillərdəndir. Girovların qaytarılması qısamüddətli gərginliyi azalda bilər, lakin uzunmüddətli həll bununla məhdudlaşmır. Burada siyasi institutlaşma və təhlükəsizlik zəmanətləri də vacib rol oynayır.

Nəticə etibarilə, münaqişədən ən çox zərər görən tərəf mülki əhalidir. Qadınların, uşaqların və müharibədən təsirlənmiş günahsız insanların təhlükəsizliyini təmin edəcək davamlı sülh mexanizmlərinin hazırlanması beynəlxalq ictimaiyyət üçün prioritet məsələ olaraq qalır. Davamlı həllin tapılması üçün siyasi iradə, regional əməkdaşlıq və beynəlxalq hüquqa əsaslanan yanaşmalar zəruridir.

Fələstinin tanınması qlobal siyasi gündəmə necə təsir göstərir?

Türkiyədən olan İsrail üzrə xarici siyasət eksperti Remzi Çetin APA-ya açıqlamasında bildirib ki, Fələstinin dövlət kimi tanınması münaqişənin həllinə müsbət təsir göstərə biləcək mühüm addımdır.

O qeyd edib ki, Fələstin məsələsi beynəlxalq ictimaiyyətin gündəmindən düşməyən ən həssas mövzulardan biri olaraq qalır. “7 oktyabr hadisələrindən sonra İsrailin Qəzzada qeyri-mütənasib hərbi güc tətbiq etməsi və on minlərlə insanın həlak olması bu problemi qlobal miqyasda “bəşəri vicdanın sınağı”na çevirdi. Bunun fonunda bir çox dövlət, o cümlədən əvvəllər İsrailə daha çox siyasi dəstək göstərən Qərb ölkələri, Fələstinin dövlət müstəqilliyini tanımaq barədə qərar qəbul etdi. Əvvəllər, əsasən, İsrailin özünümüdafiə və bölgədə var olmaq hüququna istinad edən mövqelərin indi tədricən dəyişməsi müşahidə olunur. Fələstinin dövlət kimi tanınması münaqişənin həllinə müsbət təsir göstərə biləcək mühüm addım hesab edilir. Bununla belə, bu qərarın gecikmiş xarakter daşıdığı da vurğulanır. Əgər bu proses 1990-cı illərin sonu və ya 2000-ci illərin əvvəllərində başlansaydı, regional sabitliyə daha dərin təsir göstərə bilərdi. Hazırda İngiltərə və Fransa kimi dövlətlərin Fələstini tanıması “gec də olsa, vacib addım” kimi qiymətləndirilir. Bu, həm Fələstin xalqının üzləşdiyi humanitar böhranın, bununla da, məsələnin qlobal siyasi gündəmdə önə çıxmasına xidmət edir. Münaqişənin həllinə yönəlik beynəlxalq yanaşmalarda “iki dövlət prinsipi” əsas baza kimi qəbul olunur. Lakin İsrailin siyasi rəhbərliyi, xüsusən də, hazırkı radikal sağçı hökumət bu modelə qarşı çıxır. İsrail 1980-ci ildən bəri Qüdsü “əbədi və bölünməz paytaxt” kimi qəbul edib və indiki hökumət bu mövqedən geri çəkilmir. Hətta İordan çayının Qərb sahillərinin tam ilhaqı gündəmdədir. Belə şəraitdə Qərbin Fələstini tanıması İsraildə ciddi narahatlıq doğurur və Təl-Əviv hökuməti buna cavab olaraq, yeni ilhaq planlarını müzakirəyə çıxarır”.

Fələstin tərəfində parçalanmanın danışıqlara təsiri

İsrail üzrə siyasi ekspertin qənaətinə görə, bugünkü reallıq ondan ibarətdir ki, Qərb dövlətləri Fələstini tanımaqla İsrailə uzun illər ərzində verilmiş birtərəfli dəstəyi qismən balanslaşdırmağa çalışır: “Eyni zamanda İsrailin beynəlxalq müstəvidə təcrid prosesinin dərinləşdiyi müşahidə olunur. BMT Baş Assambleyasında keçirilən səsvermələrdə İsrailin mövqeyini dəstəkləyən ölkələrin sayı sürətlə azalır. Bununla belə, Fələstin tərəfindəki daxili parçalanma münaqişənin həllini çətinləşdirən mühüm amildir. Ramallahda Mahmud Abbas Administrasiyasının mövcudluğu ilə yanaşı, Qəzzada HƏMAS hakimiyyəti öz siyasi gündəmini aparır. Bu ikili idarəetmə uzun illərdir İsrailin maraqlarına xidmət edir, çünki vahid Fələstin rəhbərliyinin olmaması danışıqlarda real tərəfdaşlıq imkanlarını məhdudlaşdırır. Əgər on minlərlə insanın həyatına son qoyan hadisələrdən sonra belə Qərb sahilləri və Qəzza rəhbərliyi ortaq mövqeyə gələ bilməzsə, bu parçalanma İsrailin mövqeyini gücləndirməyə davam edəcək”.

Faiq Mahmudov

Dəryanur Cəfərova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://apa.az
archiveBu xəbər 25 Sentyabr 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see266

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see258

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see239

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see228

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see208

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see202

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see190

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see187

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see163

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see154

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see148

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see145

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see143

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see142

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see137

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see133

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

25 Dekabr 2025 19:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri