Icma.az
close
up
RU
Fənər də yarpaq tökümü başladı, iki ulduz vidalaşdı

Fənər də yarpaq tökümü başladı, iki ulduz vidalaşdı

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu yay heyətdə ciddi dəyişikliyə gedəcəyi gözlənilən ''Fənərbaxça''da belə desək, yarpaq tökümünə start verildi.

Müqavilə müddəti başa çatan iki ulduz - Edin Ceko və Duşan Tadiç ilə yollar rəsmən ayrıldı. Dünən klubun bazasında təcrübəli futbolçular üçün kiçik bir vida mərasimi təşkil olundu.
Başqan Əli Koç, vitse-prezident Acun Ilıcalı və baş məşqçi Joze Mourinyonun iştirak etdiyi tədbirdə bu futbolçulara xatirə hədiyyəsi verildi. Əli Koç hər iki ulduzu xoş sözlərlə yola saldı:

''Hər yaşda oyunçular üçün hər zaman örnək olacaqsız. Sizə baxarkən sanki karyeralarına yeni başlamış, ac, canla-başla çalışan 19-20 yaşlı futbolçular görürəm. Bundan sonrakı həyatınızda sizə uğurlar arzulayıram. Vidalaşırıq, amma İstanbulda hər zaman bir ailəniz olacaq. Bizim üçün etdiyiniz hər şeyə görə həm öz, həm də camiənin adından sizə təşəkkürümü bildirirəm''. Ceko ''bu klub üçün hər şeyimi verdim və ''Fənərbaxça''ya gələcəkdə yalnız uğurlar arzulayıram. Bu klub və xüsusilə də fanatlar sevinməyə layiqdi. Hər şey üçün təşəkkürlər'' dedisə, Tadiçin sözləri belə oldu: ''Burda iki gözəl il keçirdim. Burdan təmiz qəlblə ayrılıram və ən önəmlisi də budu. Sizi tanıdığım və bu klubun şərəfini qoruduğum üçün xoşbəxt və qürurluyam. Bəlkə də gələcəkdə yenidən bir-birimizi görəcəyik''.

Hər iki futbolçu ''Fənər''ə 2023-ün yayında gəlmişdi. Ceko bu klubda indiyə qədər 99 rəsmi oyunda aktivinə 46 qol, 18 məhsuldar ötürmə yazıb. ''Konyaspor''la matçda onun sonuncu - 100-cü rəsmi oyununu keçirəcəyi gözlənilir. Tadiç isə ''sarı-lacivərdlilər''də 109 rəsmi oyuna çıxaraq aktivinə 29 qol, 32 məhsuldar ötürmə yazdı. Onun ''Konyaspor''la matçda iştirak etməyəcəyi və şənbə günü İstanbuldan ayrılacağı gözlənilir.
Qarşıdakı günlərdə Filip Kostiç, Brayt Osayi-Samuel, Alan Sen-Maksimen, Milan Şkrinyar və idman direktoru Mario Branko ilə də yolların ayrılacağı gözlənilir. Joze Mourinyo isə yeni mövsümdə də komandanın başında olacaq.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 31 May 2025 22:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri