Icma.az
close
up
RU
Fənər in sabiq üzvü derbiyə aid paylaşım etdi fanatlar onun cəzalanmasını istədi

Fənər in sabiq üzvü derbiyə aid paylaşım etdi fanatlar onun cəzalanmasını istədi

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Bazar ertəsi bütün Türkiyənin böyük maraqla izlədiyi derbidə qalib müəyyənləşmədi.
"Football-plus.az" xəbər verir ki, ''Fənərbaxça''nın doğma meydanda ''Qalatasaray''ı qəbul etdiyi oyunu tribunadan izləyənlər arasında Sərdar Dursun da var idi.
Təcrübəli forvard iki fərqli dönəmdə ''Fənər''in şərəfini qoruyub. Hətta ''sarı-lacivərdlilər''in əzəli rəqibini evdə sonuncu dəfə məğlub etdiyi oyunda, daha dəqiq desək 2022-ci ilin aprelin 10-da baş tutan derbidə (2:0) yekun nəticəni məhz bu futbolçu müəyyənləşdirmişdi. Ona görə də Sərdarın ''Fənər''ə olan sevgisi başa düşüləndi.
O, son derbidə tribunadan bəzi şəkillər, eləcə də yerli fanatların yaratdığı performansı çəkərək öz ''instaqram'' hesabında paylaşdı. Ancaq məsələ burasındadı ki, 34 yaşlı forvard hazırda superliqanın başqa bir klubu - ''Kocaelispor''un şərəfini qoruyur. Hətta son turda o, komandasının qələbə qolunun da müəllifi olub. Ona görə də bəzi futbolsevərlər, xüsusilə də ''Kocaelispor'' fanatları Dursunun hərəkətini etik cəhətdən xoş qarşılamayıb və onu qeyri-peşəkarlıqda günahlandırıb. Etirazların artdığını görən futbolçu derbi ilə bağlı paylaşımlarını silməli olub. Bəziləri ''Kocaelispor'' rəhbərliyinin ona cəza verməsini tələb edir.
Bu arada debütantın prezidenti Rəcəp Durul məsələyə münasibət bildirib. O, futbolçuya cəza verilməyəcəyini bildirib:

''Həmin gün bizim futbolçular üçün sərbəst gün idi. Bir oyunu stadiondan izləməklə televizor qarşısında izləmək arasında fərq yoxdu. Sərdar ''Fənər''in keçmiş futbolçusudu və bunu da gizlətmir. Ancaq ''Kocaelispor'' üçün meydanda var gücü ilə mübarizə aparmasına dair heç bir şübhəmiz yoxdu. Necə oynadığını da hər kəs görür. Bu komanda üçün savaşan futbolçudan bəhs edirik. Ona görə də bir paylaşıma görə bu cür futbolçunu itirmək istəmirəm. Səhvə yol veribsə, bura gəldikdən sonra onunla danışacağıq. Lazım olsa, üzr də istəyəcək. Cəza alması və ya komandadan kənarlaşdırılması mövzusunu heç müzakirə etməyə də ehtiyac yoxdu. Onun yeganə səhvi derbiyə aid paylaşım etməsidi ki, zatən sonradan bunun fərqinə vararaq həmin şəkilləri sildi. Bu məsələni uzatmağa ehtiyac görmürəm. Sərdar bütün diqqətini ''Kocaelispor''un uğur qazanmasına yönəldib. Digər klubların fanatlarının istəyi ilə hərəkət etməyəcəyik. Biz futbolçumuza inanırıq. Sərdar da bundan sonra formasını geydiyi klubun məsuliyyətini dərk edərək hərəkət edəcək''.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Dekabr 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri