Icma.az
close
up
RU
Fənərbaxça 17 futbolçu ilə yollarını ayıracaq

Fənərbaxça 17 futbolçu ilə yollarını ayıracaq

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

DÇ-də iştirak etməyən futbolçuların və məşqçilərin tibbi müayinədən keçməsi ilə ''Fənərbaxça'' yeni mövsümə hazırlıq dönəminə rəsmən start vermiş oldu.

Sabah komanda ''Topuk Yaylası''nda İsmayıl Kartalın başçılığı altında ilk məşqini keçirəcək. Artıq Kartalın 1-ci köməkçisi olacağı gözlənilən Dirk Kuyt da İstanbula gəlib. İyulun 2-də İstanbul nəhəngi Avstriya toplanışına yola düşəcək. Gündəmdə duran ilk məsələ lazımsız futbolçularla vidalaşmaqdı. Çünki ötən mövsüm icarədə olanları da nəzərə alsaq, müqavilə ilə ''Fənər''ə məxsus olan 39 futbolçu var. Vedat Muriqinin gəlişi ilə bu say 40-a yüksəldi. Transferlərin davam edəcəyini nəzər alsaq, oyunçuların sayı ən azı 45-ə yüksələcək. Mövsümlük iştirak ərizəsinə isə maksimum 28 futbolçu salmaq olur. Yəni ''sarı-lacivərdlilər'' bu yay təxminən 17 futbolçu ilə ya vidalaşacaq, ya da icarəyə verəcək.
Təkcə qapıçıların sayı 5-di. Söhbət Mərt Günok, İrfan Can Eğribayat, Tarık Çətin, Dominik Livakoviç və Edersondan gedir. Böyük ehtimalla ötən mövsümün 2-ci dövrəsini icarədə keçirən İrfan Can və Livakoviçlə yollar ayrılacaq. Amma Edersonun durumuna da aydınlıq gəlməyib. ''Fənər'' braziliyalı qapıçını 20 milyon avroya buraxmağa hazırdı. Ona ''Əl-Hilal'' maraq göstərir.
Ən çox müdafiə və yarımmüdafiədə oyunçu bolluğu diqqət çəkir. Bu mövqelərdə də bir çox futbolçu ilə yollar ayrılacaq.
Bu arada Kartalın qışda böyük pullar qarşılığında ''Fənər''ə gələn, amma cəmi 3 qol vuraraq ümidləri doğrultmayan Sidiki Şerif ilə bağlı planı bəlli olub. O, gənc fransalı forvarddan vinger kimi yararlanacaq. Ümumiyyətlə, Kartal cinahların gücləndirilməsini istəyib. O, yarımmüdafiənin mərkəzindən isə razıdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 İyun 2026 21:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri