Icma.az
close
up
RU
Fənərbaxça Avstriyaya yollandı DÇ də iştirak edənlər də heyətdədi

Fənərbaxça Avstriyaya yollandı DÇ də iştirak edənlər də heyətdədi

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yeni mövsümə hazırlığını davam etdirən ''Fənərbaxça'' bu gün toplanış üçün Avstriyaya yollanıb. İstanbul nəhəngi burda iyulun 8-də ''Admira'', 11-də ''Poqon'', 14-də LASK ilə qarşılaşacaq. Bu arada komandanın toplanışa yollandığı heyətlə bağlı məlumat var. İlk növbədə Türkiyə yığması ilə DÇ-2026-ya yollanan 7 futbolçunun tətilini başa vuraraq düşərgəyə qoşulduğunu bildirək. Söhbət Çağlar Söyüncü, İsmayıl Yüksək, Kərəm Aktürkoğlu, Oğuz Aydın, İrfan Can Kahveci, Mərt Müldür və Mərt Günokdan gedir. İrfan Can ötən mövsümün ikinci dövrəsini ''Kasımpaşa''da icarədə keçirmişdi. Tibbi müayinədən keçən bu futbolçular komanda ilə birlikdə Avstriyaya yollanıb. Bundan başqa heyətdə Dieqo Karlosun da yer alması diqqət çəkir. Daha öncə klubdan verilən açıqlamada bildirilmişdi ki, Karlos düşərgəyə qoşulmaqdan boyun qaçırır. O əslində iyunun 23-dən etibarən məşqlərdə iştirak etməli idi. Xatırladaq ki, braziliyalı müdafiəçi ötən mövsümü ''Komo''da icarədə keçirərək çox yaxşı performans sərgilədi. Amma tarixində ilk dəfə ÇL-ə vəsiqə qazanan ''Komo'' bu futbolçunu daimi əsasda transfer etməkdən vaz keçdi. Bundan başqa zədəsi tam sağalmayan Nene Dorgeles də heyətdədi. Amma bu futbolçu Avstriya toplanışında daha çox fərdi və xüsusi məşq proqramı üzrə çalışacaq. Bu arada Fredin İsmayıl Kartal ilə söhbət etdikdən sonra komandada qalmağa qərar verdiyi məlum olub. Böyük pullar qarşılığında transfer edilməsinə baxmayaraq ümidləri doğrultmayan Sidiki Şerif isə karyerasını Almaniyada davam etdirə bilər. ''Hamburq'' onu icarəyə götürmək istəyir. Kartal gənc oyunçunun inkişaf etməsi və təcrübə toplaması üçün onun icarəyə verilməsinin əleyhinə deyil. Qışda transfer edilən Şerif 16 oyunda cəmi 3 qol vura bilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 İyul 2026 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri