Icma.az
close
up
RU
Fənərbaxça Sanenin cavabını bu transferlə verməyə çalışacaq

Fənərbaxça Sanenin cavabını bu transferlə verməyə çalışacaq

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

''Qalatasaray''ın Leroy Saneni heyətinə qatması və bu yayın ilk transfer bombasını partlatmasının ardından diqqətlər ''Fənərbaxça''ya yönəlib.

"Football-plus.az" xəbər verir ki, ''sarı-lacivərdlilər'' Joze Mourinyonun tələbi ilə sürətli bir cinah oyunçusu transfer etmək istəyirlər.
Türkiyə mətbuatının iddiasına görə ''Fənər'' diqqətini ''Tottenhem''in ulduzu Son Hın Minə yönəldib. Təcrübəli futbolçu ötən mövsümün gedişində müqaviləni birillik yeniləsə də, start heyətinə düşməkdə çətinlik çəkdiyi üçün London klubundan ayrılmaq istəyir. Amma dünyanın dörd bir tərəfində ona maraq göstərən klublar heç də az deyil. Bu üzdən İstanbul nəhənginin işi heç də asan olmayacaq.
''Fənər'' rəsmiləri Sonun transfer şərtləri ilə maraqlanırlar. Amma transferin kluba neçəyə başa gələ biləcəyi barədə məlumat verilmir. İddialara görə 32 yaşlı futbolçu Səudiyyə Ərəbistanı və vətənindən gələn təkliflərin hamısını geri çevirib. Çünki karyerasını Avropada davam etdirmək arzusundadı. Belə olan halda ''Fənər''in əsas rəqibi Dortmund ''Borussiya''sıdı. Bu klub, eləcə də ''Reyncers'' Sonun xidmətində maraqlıdı.
Son Hın Min ötən yay da ''Fənər''in gündəminə gəlmişdi. Daha doğrusu, o, Əziz Yıldırımın hədəfində idi. Yıldırım prezident seçiləcəyi təqdirdə ilk növbədə bu oyunçunu transfer etməyə çalışacaqdı. Amma seçkilərdə bilindiyi kimi Əli Koç qalib gəldi.
Daha öncə ''Hamburq'' və ''Bayer-04''də forma geymiş Sonu artıq ''Tottenhem''in əfsanəsi də adlandırmaq olar. O, 2015-ci ildən bu klubdadı.
Koreya yığmasının kapitanı olan Son geridə qoyduğumuz mövsümdə 46 rəsmi oyuna çıxaraq aktivinə 11 qol, 12 məhsuldar ötürmə yazıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 İyun 2025 04:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri