“Fənərbaxça”dan müdafiəyə yeni həmlə Adil Demirbağ üçün rəsmi təklif
Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Fənərbaxça” “Konyaspor”un müdafiəçisi Adil Demirbağın transferi üçün danışıqları davam etdirir.
Apasport.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
İstanbul klubu 28 yaşlı futbolçu üçün ilk rəsmi təklifini göndərib. Lakin “Konyaspor”un Adil Demirbağ üçün gözləntisi 6 milyon avrodur.
“Fənərbaxça”nın ilk təklifinin bu məbləğdən təxminən iki dəfə aşağı olduğu bildirilir. Buna görə də İstanbul təmsilçisi yaxın zamanda ikinci təklifini təqdim edəcək.
Transfer danışıqları çərçivəsində futbolçunun nümayəndələri də klubun ofisinə dəvət olunublar.
Qeyd edək ki, Adil Demirbağ ötən mövsüm “Konyaspor”un heyətində bütün turnirlər üzrə 28 matç keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
“Fənərbaxça” Talişka ilə yollarını ayırdı - Rəsmi Millimizin üzvü oynadı, komandası qalib gəldi Emrelidən “Rakuv”da növbəti qol “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 04 Sentyabr 2026 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















