“Fənərbaxça”nın sabiq köməkçi məşqçisi vəfat etdi
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Fənərbaxça”nın sabiq köməkçi məşqçisi Engin Fırat 55 yaşında vəfat edib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, son olaraq Livanın “Nejmeh SC” klubunu çalışdıran mütəxəssis İstanbul Aeroportunda olarkən qəfil halı pisləşib.
Məlumata görə, o, Beyrutdan Adanaya gedərkən ürəktutması keçirib.
Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, məşqçilik karyerası ərzində bir sıra ölkələrdə çalışan Engin Fırat daha əvvəl Kenya yığmasını və Moldova millisini çalışdırıb. O, həmçinin İranın “Sepahan FC” və “Saipa FC” klublarında baş məşqçi kimi fəaliyyət göstərib.
Fırat müxtəlif dövrlərdə “Sivasspor” və “Kayseri Erciyesspor” klublarında da məşqçi heyətində yer alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 09 Mart 2026 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















