Fərda Cem Yılmazın komandasının etdiyini tək görmək istəyir
Icma.az, Olke.az saytına istinadən bildirir.
"Gəlir meyxanaçı özünə meyxana yazdırır. Ritmi qoyurlar, o da oxuyur. Soruşuram ki, bu nədir, nə oxuyursan? Cavab verir ki, mahnıdır da, rəfiqəm yazıb. Axı bu hazır deyil, mahnı deyil. Ən azı tanınmış repertuarlardan birini oxu. Məsələn, "Dodağına gülüş qonub", "Dur gəl, nazlana-nazlana". Bilir səsi yoxdur, istəyir camaatın qulağına söz salsın. "Neçədə gəlim, neçədə mən" – belə mahnı olmur. Neçə dəfə deyirəm ki, nə yazmısınızsa, gətirin baxaq, görək nədir".
"Ölkə.az" xəbər verir ki, bu sözləri meyxanaçı Vüqar Əbdülov "Qapqara" layihəsində deyib. O, aktyor Fərda Xudaverdiyevə bildirdiyi iradlardan danışıb:
"Fərda (aktyor Fərda Xudaverdiyev) xətrini çox istəyirəm. Ona deyirəm ki, sən bir Cem Yılmazı görür, ona pərəstiş edirsən, kumirindir. Amma xəbərin var o nə böyüklükdə komanda ilə işləyir? Tək adam bacarmaz bunu etsin. Ssenaristi, quruluşu, rejissoru – bütün komandası işləyir, axırda da o çıxıb təqdim edir. Sən isə bunların hamısını özün etmək istəyirsən. Yazırsan, qurursan. Nə olar ki, əvvəl mən təkliyində baxım, görüm güləcəyəm, sonra çıx tamaşaçıya təqdim et. Ona məsləhətlər verdim, hamısı ilə razılaşdı. Ona görə də deyirəm ki, özünə birini tap, ona danış. Eləmir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 05 Aprel 2026 09:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















