Icma.az
close
up
RU
Fərdi ev tikmək istəyənlər mütləq oxusun KONKRET

Fərdi ev tikmək istəyənlər mütləq oxusun KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son illər fərdi yaşayış evlərinin tikintisinə maraq artsa da, bəzi hallarda vətəndaşlara tikinti icazəsi verilmədiyi müşahidə olunur. Bəs, hansı hallarda icazə verilməyə bilər?

Məsələ ilə bağlı əmlak eksperti Anar Nəsirov KONKRET.az-a açıqlama verib.

Ekspert bildirib ki, həyət evi tikmək üçün ilk növbədə torpaq sahəsinin çıxarışı olmalıdır:

“Torpağın çıxarışında onun kateqoriyası mütləq göstərilməlidir. Çıxarışda əgər “yaşayış məntəqəsinin torpaqları” yazılmayıbsa, həmin ərazidə ev tikmək mümkün deyil. Çünki bəzi torpaqlar kənd təsərrüfatı, əkinçilik, maldarlıq və ya kommersiya məqsədli ola bilər. Belə hallarda yaşayış üçün ev tikintisinə icazə verilmir,” – deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, torpaq sənədi qaydasında olduqdan sonra növbəti mərhələ layihələndirmədir:

“Vətəndaş mütləq şəkildə lisenziyası olan layihə təşkilatına müraciət etməlidir. Evin layihəsi hazırlanır, təsdiqlənir və bir nüsxəsi aidiyyəti üzrə rayon (şəhər) icra hakimiyyətinə göndərilir. Bu zaman orada araşdırma aparılır ki, torpağın altından hər hansı kommunikasiya xətləri, elektrik, qaz, kanalizasiya boruları və s. keçirmi ya yox. Bu, yoxlanılır.”

Anar Nəsirov əlavə edib ki, icra hakimiyyəti 10 iş günü ərzində cavab verməlidir. Əgər bu müddətdə cavab verilməzsə, vətəndaş layihə təsdiqləndiyi halda tikintiyə başlayır:

“Əsas odur ki, layihə tikinti normalarına uyğun şəkildə hazırlanmış olsun. Bundan sonra vətəndaş qanuni qaydada müəyyən rüsumları ödəyərək evini tikə bilər.”

Ekspertin sözlərinə görə, torpağın kateqoriyası uyğun deyilsə və ya kommunikasiya xətləri üzərində yerləşirsə, bu halda yaşayış evi tikintisinə icazə verilmir.

Aynurə İsmayıl

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:289
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 Oktyabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri