Icma.az
close
up
RU
Fərdiyyətin boğulması... Bir maskanın etirafı

Fərdiyyətin boğulması... Bir maskanın etirafı

Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kulis.az Mişimanın “Bir maskanın etirafları” əsəri haqqında Allahverdi Həsənovun yazısını təqdim edir.

“Bir maskanın etirafları” Yapon ədəbiyyatının ən mühüm və cəsarətli əsərlərindən biridir. Bu roman Mişimanın yarı-avtobioqrafik xüsusiyyətlər daşıyan əsəridir və fərdi identiklik, cinsi kimlik, cəmiyyətlə uyğunlaşma və daxili təlatümlər mövzusunda dərin psixoloji təhlil təqdim edir.

Əsərin qəhrəmanı öz cinsi kimliyini dərk etdikcə, cəmiyyətin gözləntiləri ilə öz həqiqi arzuları arasında qaldığını anlayır. O, heteroseksual sevgiyə uyğunlaşmaq üçün sanki bir “maska” taxmalı olur. Romanın adı da bu simvolik maskanı ifadə edir. Cəmiyyətin normativ tələbləri ilə şəxsi həqiqət arasında yaşanan gərginlik, əsərin əsas mövzusudur.

Gözəllik, İdealizasiya və Fiziki Bədənə Pərəstiş

Qəhrəman uşaqlıqdan etibarən fiziki gücə, kişi bədəninin estetikasına və qəddarlığa heyranlıq duyur. O, xüsusilə, qəhrəman, güclü və dominant kişiləri cazibədar hesab edir. Lakin eyni zamanda bu arzularını basdırmağa çalışır. Mişima bu motivi roman boyunca şairanə və təsirli təsvirlərlə işləyir.


Ölüm və Erotika

Mişimanın bir çox əsərində olduğu kimi, burada da ölüm və erotika bir-biri ilə əlaqələndirilir. Qəhrəman tez-tez ölüm səhnələri haqqında xəyallara dalır və bu xəyalların içində qeyri-adi həzz tapır. Onun şüuraltında ölüm bir növ azadlıq və özünütəsdiqetmə forması kimi görünür. Bu düşüncə Mişimanın öz həyatını da əks etdirir, çünki o, 1970-ci ildə seppuku edərək intihar etmişdi. Mişimanın bir çox əsərində qan, ölüm, öldürmək kimi mövzular əsas yer tutur.

Mişima, hadisələri çox detallı və təsirli təsvirlərlə verir. Onun dili poetik və bəzən melanxolikdir. Əsər əsas qəhrəmanın daxili monoloqları vasitəsilə psixoloji analiz təqdim edir. Oxucu onun duyğularını, qorxularını, istəklərini və cəmiyyətin təzyiqi altında yaşadığı ikili həyatı hiss edir. Bir tərəfdə homoseksual, gözəllik aşiqi olan qəhrəman digər tərəfdə özünü hetroseksual olduğuna inandırır, qızlarla uğursuz münasibətlər qurur, bu dilemma baş qəhrəmana hədsiz depressiya bəxş edir. Qəhrəman hər an cəmiyyətin ağır tələbləri qarşısında maska taxmağa, arzularını, istəklərini dəfn etməyə məhkumdur. Əsər dəfn edilən həyatlar haqqında bir manifestdir.

Romanın avtobioqrafik xüsusiyyətlərə malikdir. Mişima özü də uşaqlıqdan etibarən fərqli hisslər yaşadığını və ənənəvi Yapon cəmiyyətinə uyğunlaşmaqda çətinlik çəkdiyini etiraf etmişdi.
O, həyatının böyük bir hissəsini “ideal kişi” obrazını yaratmağa və öz daxili dünyasındakı təlatümlərlə mübarizə aparmağa sərf etmişdi. Bəlkə də, məhz bu ideal kişi obrazı yaratmaq üçün müəllif mühafizəkarlaşmağa başlayır. Bu ideyalar, əslində, bir axtarışın nəticəsi idi. Mişima digər əsərlərində mühafizəkarlığı, vətənpərvərliyi təbliğ etsə də, bu əsərdə biz tamam başqa bir yazıçı ilə tanış oluruq. Mişima digər əsərlərindən fərqli olaraq, burada oxucu ilə birbaşa əlaqədədir.

“Bir maskanın etirafları” yalnız fərdi kimlik mövzusunu deyil, eyni zamanda Yapon cəmiyyətindəki dərin mədəni və sosial problemləri də araşdıran bir əsərdir. Cəmiyyətin fərd üzərindəki ağır təzyiqlər, fərdiyyətin boğulmasını və həqiqi arzuların necə gizlədildiyini açıq şəkildə göstərir.

Bu roman həm Yapon ədəbiyyatında, həm də dünya ədəbiyyatında fərdi identiklik və psixoloji dərinlik baxımından önəmli bir yer tutur. Mişima bu əsəri ilə təkcə öz həyatını deyil, eyni zamanda bütün cəmiyyətin bir problem kimi üzləşdiyi mövzuları gündəmə gətirir.

“Bir maskanın etirafları” fərdi kimlik axtarışı, cəmiyyətin təzyiqi və dəfn edilmiş arzuların yaratdığı daxili böhran haqqında güclü psixoloji romandır. Mişimanın bədii dili, təsvirlərdəki poetiklik və emosional dərinlik bu əsəri unudulmaz edən amillərdən biridir.
Bu roman təkcə Mişimanın deyil, bütövlükdə Yapon ədəbiyyatının ən önəmli əsərlərindən biri sayılır.

Stalinin “güllələnəcəksən”, “türmədə öldürəcəm” dediyi bakılı necə sağ qaldı? "Otel Loo" filminin təqdimatı olub Çar onun arvadının şəklini niyə cibində gəzdirirdi? – Puşkini öldürən xəyanət
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://kulis.az
archiveBu xəbər 05 Mart 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see795

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see711

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see259

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see254

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see251

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see241

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see233

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see228

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see222

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see203

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see190

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see189

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see188

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see186

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see183

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see182

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see179

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see174

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see168

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri