Ferentsvaroş geridönüşə yaxın olsa da, Macarıstan çempionu bundan artığını edə bilmədi UEFA Qarabağ haqda yazdı
Icma.az, Sportal.az portalına istinadən məlumat verir.
UEFA-nın rəsmi saytı Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ”la “Ferentsvaroş” klubu arasında Bakıda keçirilən cavab oyununu (2:3, ilk oyun – 3:1) və nəticədə ağdamlıların əsas mərhələyə yüksəlməsindən yazıb.
Sportal.az xəbər verir ki, qurumun rəsmi saytı Azərbaycan çempionunun 2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasını xatırladıb:
"Qarabağ” sonda “Ferentsvaroş”un həmləsinə tab gətirərək Çempionlar Liqasının əsas mərhələsinə vəsiqəni təmin etdi. Lenni Cozef 12-ci dəqiqədə səliqəli kombinasiyanı başa vuraraq qonaqları hesabda irəli çıxardı. Lakin Leandro Andrade və Abdulla Zubirin yaxın məsafədən dəqiq zərbələri fasilədən əvvəl oyuna nəzarəti meydan sahiblərinə qaytardı. Barnabas Varqanın penalti və Aleks Totun inanılmaz cərimə zərbəsindən sonra "Ferentsvaroş" geri dönüşə yaxın olsa da, Macarıstan çempionu bundan artığını edə bilmədi. "Qarabağ" 2017/2018 mövsümündə qrup mərhələsində debüt etdikdən sonra tarixində ikinci dəfə Çempionlar Liqasının əsas püşkatmasında çıxış edəcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 29 Avqust 2025 09:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















