Icma.az
close
up
RU
Fərhad Abdullayev: Konstitusiya dövlətin hüquqi və siyasi əsaslarının formalaşmasında həlledici amildir

Fərhad Abdullayev: Konstitusiya dövlətin hüquqi və siyasi əsaslarının formalaşmasında həlledici amildir

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 18 iyun, AZƏRTAC

Dövlətçilik və suverenlik amili müstəqil dövlətin mövcudluğunu, eyni zamanda, inkişafını təmin edir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Sərəncamı xalqımızın müstəqillik və suverenlik uğrunda apardığı mübarizənin əhəmiyyətini vurğulayan mühüm addımdır. Respublikamızda “Konstitusiya və Suverenlik İli”nin elan olunması suverenlik və dövlətçilik prinsiplərinin tarixi əhəmiyyəti nəzərə alınaraq, milli suverenliyin möhkəmləndirilməsi və Konstitusiyanın ali hüquqi statusunun bir daha ön plana çıxarılması baxımından olduqca vacib əhəmiyyət kəsb edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Bakı şəhərində keçirilən Ombudsmanların Beynəlxalq Simpoziumunda söyləyib.

O bildirib ki, Konstitusiya dövlət hakimiyyətinin təşkilinin konseptual başlanğıcını müəyyən etməklə, dövlətin hüquqi və siyasi əsaslarının formalaşmasında həlledici amildir. Ölkənin Əsas Qanunu insan və vətəndaş hüquq və azadlıqlarını təmin edən, dövlət quruluşunu, idarəetmə prinsiplərini müəyyənləşdirən fundamental və əhəmiyyətli hüquqi sənəddir. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası dövlət suverenliyinin təmin olunmasında mərkəzi rola malik olmaqla, ölkənin daxili və xarici siyasi prioritet istiqamətlərinin müəyyənləşdirilməsində əsas hüquqi baza qismində çıxış edir.

Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə hazırlanan və 30 il öncə qəbul edilən Konstitusiya bu illər ərzində ölkənin sabit inkişafını, insan və vətəndaşların hüquqlarının qorunmasını təmin edib. Əsas Qanun ölkədə hüquqi islahatların əsasını qoyub, hüquqi dövlət dəyərlərinin formalaşmasına və vətəndaş cəmiyyətinin inkişafına imkan yaradıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 İyun 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see155

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri