Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Konstitusiya: Dövlətçiliyimizin hüquqi əsaslarının bazası

Konstitusiya: Dövlətçiliyimizin hüquqi əsaslarının bazası

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

1918-1920-ci illərdə cəmisi 23 ay mövcudluğunu qoruyub-saxlayan Azərbaycan Xalq Cümhuriyyəti hələ o vaxt dövlətin əsas Qanununu qəbul etməyə müvəffəq olmuşdu. Azərbaycan Respublikasının Konstitusiya tarixi məhz həmin dövrə təsadüf edir.

Azərbaycan Respublikasının ilk Konstitusiyası 1921-ci il may ayının 19-da Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. 1925-ci ildə mart ayının 14-də isə həmin Konstitusiyaya müəyyən əlavələr və dəyişiklər edilib. 1927-ci ildə martın 26-da isə V Ümumazərbaycan Sovetlər Qurultayında növbəti Konstitusiya qəbul edilib. Daha sonralar, 1936 və 1937-ci illərdə Azərbaycan SSR-nin yeni Konstitusiyası qüvvəyə minmişdir.

1978-ci ildə Ümumimilli lider Heydər Əliyevin təklifi ilə, 1977-ci ildə hazırlanan Konstitusiya layihəsinin 73-cü maddəsi dəyişərək, bu formada təqdim edilir: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Ulu Öndər Heydər Əliyevin güclü siyasəti nəticəsində 1978-ci il aprel ayının 21-də Azərbaycan dilinə dövlət dili statusu verilir.

1978-ci ildə qəbul edilmiş Konstitusiya 1980-cı ilin ikinci yarısından etibarən yenidən müəyyən dəyişikliklərə məruz qalır.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının müstəqillik əldə etməsi uğrunda apardığı mübarizə ötən əsrin 90-cı illərində öz bəhrəsini verir və Azərbaycan yenidən müstəqilliyini bərpa edir. Bütün bunlar Heydər Əliyevin böyük zəhməti və güclü siyasəti nəticəsində həyata keçmişdi. Xalqın tələb və istəyi ilə hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev həmin dövrdə güclü islahatlar və yenidənqurma işləri həyata keçirir, dövlətin, xalqın inkişafı naminə mühüm qərarlar qəbul edir.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yenidən Azərbaycan Respublikasının Konstitusiyasının layihəsi hazırlanır. 1995-ci il noyanr ayının 12-də təşkil edilmiş referendumda seçicilərin 86 faizi iştirak edərək Konstitusiyanın qəbul edilməsinə səs vermişlər. Hazırlanmış yeni Konstitusiya layihəsi 91.9 faiz səs toplayır və 1995-ci il 27 noyabr tarixində Dövlətin Əsas Qanunu kimi qüvvəyə minir.

1995-ci il noyabr ayının 12-də ilk dəfə olaraq respublika parlamentinə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də həyata keçirildi. Ulu Öndər Heydər Əliyevin qəbul etdiyi Konstitusiya milli dövlətçilik tarixində müstəsna əhəmiyyət kəsb edir. Məhz buna görə 1996-cı ildə qəbul edilmiş Fərmana əsasən hər il 12 noyabr tarixi Konstitusiya Günü kimi qeyd edilir.

Milli Konstitusiyanın qəbul edilməsi olduqda əhəmiyyətli hadisədir. Həmin Konstitusiya Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu istiqamətində əsaslı baza yaratdı, onun inkişafına təkan verdi, eyni zamanda hakimiyyət bölgüsünün prinsiplərini də müəyyənləşdirmiş oldu. Bundan başqa Konstitusiya vətəndaş hüquqlarının müdafiəsini qanunvericilik çərçivəsində həyata keçirilməsinə geniş şərait yaratdı, bununla da dövlət məhkəmə hakimiyyəti orqanları üzərinə mühüm vəzifə qoymuş oldu.

Azərbaycan Respublikasının Konstitusiyasının 158 maddəsindən 48-i birbaşa olaraq insan hüquqlarının müdafiəsinə xidmət edir. İnsanların hüquq və azadlıqlarını təsbit edən üçüncü fəsil Azərbaycan Respublikasının Konstitusiyasının əsasını təşkil edir. Qeyd etmək lazımdır ki, həmin Qanun Azərbaycanda yaşayan, dinindən, irqindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarını nəzərdə tutur.

Ümumiyyətlə, Azərbaycan Respublikasının Konstitusiyasında dövlətin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, cəmiyyətin demoratikləşməsini, vətəndaş cəmiyyətinin bərqərar olmasını, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatını formalaşdırmaq kimi mühüm məqamlar öz əksini tapmışdır.

Ölkəmizin sürətli inkişafı növbəti illərdə Konstitusiyada müəyyən dəyişikliklərin edilməsi ilə nəticələnmiş, 2002-ci il avqustun 24-də səsvermə yolu ilə Konstitusiyanın 24 madəssində 29, 2009-cu ildə 18 mart tarixində isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklər olunub. Təbii ki, bu dəyişikliklər dövlətin sosial-iqtisadi bazasının güclənməsinə, vətəndaşların hüquq və azadlıqlarına təminat verilməsinə və dövlət prinsiplərini təsbit etmək imkanlarından irəli gəlir.

Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da yenidən referendum keçirilir və Konstitusiyada üçüncü dəfə əlavə və dəyişikliklər edilir. Həmin dəyişikliklər Konstitusiyanın 29 maddəsinə 41 əlavə və dəyişikliklə nəticələnir, bu da müxtəlif sahələri əhatə edərək, insan hüquqları və azadlıqlarını, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrinin işinin təkmilləşdirilməsini nəzərdə tutur.

Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz Azərbaycan torpaqlarını erməni işğalından azad edərək, ərazi bütövlüyümüzü təmin etdikdən sonra xalqımız 12 noyabr Konstitusiya Gününü artıq iki ildir ki, bütün torpaqlarımızda böyük sevinc və qürurla qeyd edirlər.

Pərvanə Talıbova

YAP Yasamal rayon təşkilatının fəalı, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının müəllimi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:44
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Noyabr 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see273

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see257

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see233

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see211

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see197

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see177

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see167

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see161

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see153

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see153

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see149

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

26 Dekabr 2025 00:28see140

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see140

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see139

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see133

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see133

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see131

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see131

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri