Icma.az
close
up
RU
Fərhad Əhmədov ondan rüşvət alan fransızın məhkəməsinə gələ bilməyib

Fərhad Əhmədov ondan rüşvət alan fransızın məhkəməsinə gələ bilməyib

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Fransanın "SAUR" şirkətinin vitse-prezidenti, külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunan Anass Derrazın barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə iş adamı Fərhad Əhmədovun nümayəndəsi məhkəməyə müraciət edərək ailəsi ilə əlaqədar məsələlərə görə onun məhkəmədə iştirak edə bilməyəcəyini bildirib.

Prosesin davamında sənədlərdə şahid kimi göstərilən Tural Bayramovun ifadəsi elan olunub. İfadədə o, Anass Derrazı ərəb turist kimi tanıdığını bildirib: "Mən turistləri Bakıya gətirib, aparmaqla məşğul olurdum. 2024-cü il 14 iyul tarixində Cavid adlı tanışım mənə zəng edib ərəb kimi tanıtdığı Anass Derrazı hoteldən götürüb hava limanına aparmağımı söylədi. O bunu mən ərəb dilini bildiyim üçün xahiş edirdi. Hotelə gəlib Anass Derrazla tanış olduqdan sonra sonuncu mənə dedi ki, onun ölkəyə çıxışına qadağa qoyulub. Buna görə məndən kömək istəyir. Adətən turistlər gecikəndə ölkədən çıxışlarına qadağa qoyulur, düşündüm ki, aeroportda çalışan dostumdan kömək istəyim. Anass Derrazın məlumatlarını ona verdim. Həmin şəxs kömək edə bilməyəcəyini, çünki məsələnin DTX ilə əlaqəli olduğunu dedi".

Anass Derraz elan olunmuş ifadə ilə razılaşıb.

Daha sonra Anass Derrazın qardaşının Fransa səfirliyinə müraciəti elan olunub. Belə ki, o, qardaşı ilə əlaqə saxlaya bilmədiyini bildirib. Səfirlik, öz növbəsində, Xarici İşlər Nazirliyinə zəng edib və onlar da A.Derrazın barəsində cinayət işi açılması məlumatını DTX-dən alaraq səfirliyə bildiriblər.

Sənədlərin tədqiqi başa çatıb və Fərhad Əhmədovun dindirilməsi üçün növbəti proses 16 oktyabr tarixinə təyin olunub.

Qeyd edək ki, ittihama görə, DTX tərəfindən istintaqı aparılan cinayət işi üzrə Fransa Prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan "SAUR" şirkətinin vitse-prezidenti Anass Derraz 2018-ci ildə azərbaycanəsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.

Həmin iş üzrə əvvəllər xarici və yerli mətbuatda dərc edilmiş məqalələrdə qeyd edilir ki, Adıçəkilən şəxslər Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli "Luna" yaxtasının beynəlxalq həbsdən azad ediləcəyini, özünün sanksiyalardan qorunacağını vəd ediblər.

Məlumatlara əsasən, F.Əhmədov milyonlarla dollarlıq rüşvətin bir hissəsini Anass Derrazın "AL HILAL BANK"dakı hesabına və Aleksandr Benallanın "BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR"dakı hesabına köçürüb.

A.Derraz Azərbaycanda məsuliyyətə cəlb olunaraq ölkədən çıxışına qadağa qoyulub, A.Benallanın isə beynəlxalq axtarışa verilməsi ilə bağlı İNTERPOL-a müraciət olunub.

Anass Derraza AR Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 32.5, 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan olunub.

Onun barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.

Elgün Həsənli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Oktyabr 2025 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see136

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri