Icma.az
close
up
RU
Fərhad Əhmədovdan gəmisinin həbsdən azad olunması üçün 6 milyon dollar rüşvət istənilib MƏHKƏMƏ

Fərhad Əhmədovdan gəmisinin həbsdən azad olunması üçün 6 milyon dollar rüşvət istənilib MƏHKƏMƏ

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derrazın barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə davam etdirilib.

"Report" xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs həm ingilis, həm də fransızca tərcüməçi ilə təmin edilib.

Hakim yenidən təqsirləndirilən şəxsin anket məlumatlarını dəqiqləşdirib.

Prosesdə məhkəmə istintaqı açıq elan edilib.

Dövlət ittihamçısı ittiham aktının nəticəvi hissəsini elan edib.

İttihama görə, Fransa prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz Azərbaycanəsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.

Adıçəkilən şəxslər Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli “Luna” yaxtasının həbsdən azad ediləcəyini, beynəlxalq sularda üzməyini təmin edəcəklərini bildiriblər. Bundan başqa, tərəflər Fərhad Əhmədovun özünün sanksiyalardan qorunacağını vəd ediblər. Ümumilikdə 6 milyon 140 min dollar rüşvət verilməsi ilə bağlı razılıq əldə edilib.

Belə ki, 15 noyabr 2018-ci ildə 600 min ABŞ dolları, gəmi üzərində həbs qaldırılandan sonra isə 15 gün ərzində 5 milyon 540 min dolları Fərhad Əhmədovun tərəflərə verməsini razılaşdırıblar. Hər iki tərəf arasında məsləhət müqaviləsi imzalanıb. F.Əhmədov Anass Derrazın “AL HILAL BANK”dakı hesabına 200 min dollar və Aleksandr Benallanın “BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR”dakı hesabına 400 min dollar köçürüb.

Anass Derraz Benallanın Fərhad Əhmədovdan rüşvət almasında köməklik etmədə ittiham olunur. Anass Derraza ittihamın nəticəvi hissəsi tərcümə edilib, mahiyyəti izah edilib.

Hakim qeyd edib ki, DTX tərəfindən Anass Derraza AR Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 32.5, 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Verilən ittihamlar məhkəmə istintaqında sübuta yetirilərsə, Anass Derraz 8 ildən 12 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Təqsirləndirilən müdafiəsini qurmaq üçün gələn proses ifadə vermək istədiyini bildirib. Məhkəmə bunu təmin edilib, növbəti proses iyulun 31-i, saat 09:30-a təyin olunub.

Qeyd edək ki, A.Benallanın isə beynəlxalq axtarışa verilməsi ilə bağlı İntrerpola müraciət olunub.

İnterpolun Fransa prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri A.Benallanı ən ciddi hüquqi əsas olan “Red Notice” (“Qırmızı bülleten”) əsasında beynəlxalq axtarışa verməsi DTX-nin əlində təkzibedilməz və mötəbər sübutların mövcudluğundan xəbər verir. “Qırmızı bülleten” şəxsin olduğu ölkədə tutulmasını və barəsində axtarış elan etmiş ölkəyə ekstradisiyasını nəzərdə tutur. A.Benallanın hazırda olduğu üçüncü ölkədə ekstradisiya proseslərinə cəlb edildiyi məlumdur. Qeyd edək ki, bir müddət əvvəl İnterpol Fransa Respublikasının Prezidenti Emmanuel Makronun mühafizə rəisi Aleksandr Benallanı “Qırmızı bülleten”lə axtarışa verib. İnterpol Baş Katibliyi uzun prosedurdan sonra ümumi qərarla Fransa vətəndaşı Aleksandr Benallanın axtarışını əsaslı hesab edərək 2025-ci ilin aprel ayında “Red Notice” (“Qırmızı bülleten”) ilə beynəlxalq axtarışa daxil edib və bu barədə bütün üzv dövlətlərə bildirişlər göndərib. Qərarın əsası DTX-də istintaqı aparılan cinayət işi üzrə 2024-cü ildə verilmiş hüquqi sorğu olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 İyul 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see280

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see234

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see204

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see183

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see175

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see164

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see147

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see146

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see146

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see143

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri