Icma.az
close
up
RU
Fərhad Pərvizi açıq saçıq geyinən qadınlara az qala fahişə deyir Tunay Əliyevanın yazısı

Fərhad Pərvizi açıq saçıq geyinən qadınlara az qala fahişə deyir Tunay Əliyevanın yazısı

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Fərhad Pərvizi verdiyi son müsahibədə bir daha təsdiqlədi ki, onun mövqeyi təsadüfi və fərdi emosiyaların ifadəsi deyil, sistemli şəkildə qadınlara qarşı nifrəti təşviq edən, onları cəmiyyətdən kənarlaşdırmağa yönəlmiş bir ideoloji xəttdir. Onun ritorikasını təhlil etdikdə, üç əsas istiqamət aydın görünür:


Tunay Əliyeva,

Keçmiş teleaparıcı, aktrisa

1. Yaş üzərindən ayrı-seçkilik. Pərvizi qadının “dəyərini” yalnız 18–25 yaş aralığı ilə məhdudlaşdırır, bu yaşdan sonra qadınların “maraqsız” olduğunu iddia edir. Bu, həm açıq bioloji determinizmdir, həm də qadının kimliyini yalnız fiziki görünüşlə ölçən təhqiramiz yanaşmadır.

2. İşləyən qadınlara qarşı nifrət. Onun iddiasına görə, “xəyanətlərin çoxu iş mühitində baş verir.” Bu cümlə sadəcə bir fikir deyil – birbaşa sosial manipulyasiya texnikasıdır. Dolayısı ilə kişi auditoriyasına mesaj ötürülür: “Qadın işləyirsə, xəyanət edə bilər.” Bu isə qadınların əmək bazarından kənarlaşdırılması, iqtisadi asılılığının dərinləşdirilməsi deməkdir.

3. Geyim üzərindən damğalama. Pərvizi “açıq-saçıq geyinən qadın fahişə kimi geyinir” fikrini irəli sürür. Bu, fərdi seçimə qarşı zorakı münasibət olmaqla yanaşı, qadınları zorla “qapatmağa” yönəlmiş təhlükəli çağırışdır.Bu üç istiqamət birləşəndə ortaya açıq strategiya çıxır: qadının sosial iştirakını məhdudlaşdırmaq, onu evə qapamaq və kişiyə iqtisadi-sosial asılı vəziyyətə salmaq.

Müsahibənin ən diqqətçəkən tərəfi Pərvizinin müdafiə strategiyası oldu. O, hər iki dəqiqədən bir eyni bəhanəni təkrar edir: “Məni səhv anladılar, sözlərimi montaj etdilər.” Halbuki faktlar göz önündədir. Onlarla video və çıxışda qadınlara qarşı nifrət nitqləri açıq şəkildə sənədləşdirilib. Buna baxmayaraq, Pərvizi həyasızcasına özünü “yanlış anlaşılan qurban” kimi təqdim edir.Daha da qorxuncu odur ki, qadınları alçaldan, aşağılamağı normal sayan Pərvizi, qorxaqcasına öz anasının və qızlarının adını çəkərək rəhm və simpatiya qazanmağa çalışır. Bu, klassik manipulyasiya üsuludur: həm nifrət nitqi yay, həm də ailənin arxasında gizlənərək günahı pərdələ.

Müsahibədə ən sensasion anlardan biri Pərvizinin öz nifrət dolu mövqeyini Prezident İlham Əliyevdən “ilhamlandığını” iddia etməsi idi. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, o, sadəcə şəxsi fikrini ifadə etmir, əksinə, bu ritorikanı Prezident İlham Əliyevin adına bağlamaqla onu legitimləşdirməyə çalışır.Onun cavablarından aydın görünürdü ki, Pərvizi açıq-aşkar meydan oxuyur: “Bu sözlər mənim deyil, mən prezidentdən ilhamlanıram, prezidentlə eyni fikirdəyəm.”

Bu, çox təhlükəli manipulyasiyadır. Çünki belə bir gedişlə o, həm öz nifrət nitqlərinə əlavə güc qazandırır, həm də onları cəmiyyət qarşısında toxunulmaz etmək istəyir.

Əgər jurnalist həmin an peşəkar olsaydı, dərhal əsaslı suallar verməliydi:

Prezident həqiqətən də qadınların işləməsinə qarşıdırmı?

Prezident də açıq geyinən qadınları “fahişə” hesab edirmi?

Prezident də qadınlara küçədə sataşmamağı “maskulinliyin itməsi” kimi görürmü?

Bu suallar verilmədi. Nəticədə, Pərvizi faktiki olaraq dövlət başçısının adını “qalxan” kimi istifadə etdi və nifrət ritorikasını reklam etməyə davam etdi. Bu isə artıq sadəcə fərdi bir açıqlama deyil, ictimai sabitlik üçün təhlükəli siqnaldır. Asan işdir…

Cəmiyyət üçün nəticə

Fərhad Pərvizinin mövqeyi təsadüfi sözlər deyil, cəmiyyəti sistemli şəkildə geriyə aparmaq cəhdidir. Onun ritorikası bəzi dairələr üçün cazibədar görünə bilər, amma əslində bu, Azərbaycanı sosial inkişafdan geri saxlayan, qadınların hüquq və azadlıqlarını tapdalayan təhlükəli bir ideoloji xəttdir. Əslində, bu yanaşma qadınlara qarşı olduğu qədər kişilərə qarşı da düşmən mövqeyidir. Çünki qadın işləmədikdə, bütün ailə yükü kişinin üzərinə düşür. Bu isə müasir iqtisadi reallıqda bir nəfərin çiyinləyə biləcəyi yük deyil. Son nəticədə kişilər ya depressiyaya düşür, ya alkoqolizmə meyillənir, ya da ailə institutunun dağılması ilə üz-üzə qalırlar.

Deməli, Pərvizinin ritorikası təkcə qadınları yox, kişiləri də məhvə aparır. O, kişi-qadın münasibətlərini qarşı-qarşıya qoyur, iş yerlərində gərginlik yaradır, ailələrdə etimadı sarsıdır. Bu isə artıq sadəcə fərdi fikir yox, cəmiyyət üçün açıq təhlükədir.Nəticə etibarilə, Fərhad Pərvizi yalnız qadınların deyil, kişilərin də, ümumilikdə isə Azərbaycan xalqının düşmənidir. Onun təbliğ etdiyi mövqelər sabitliyi pozur, inkişafı ləngidir və insanları qarşıdurmaya sürükləyir…


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 18 Avqust 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see351

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see213

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see212

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see194

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see187

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see181

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see175

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see170

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see168

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see160

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see147

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see139

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see135

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see134

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see134

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see133

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri