Fərhad Pərvizi etdiyi çıxışlara görə işdən çıxarılıb?
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Sosial şəbəkələrdə iqtisadçı Fərhad Pərvizinin son günlər etdiyi çıxışlarla əlaqədar işdən çıxarılması haqda məlumatlar yayılıb. İddialara görə, buna səbəb onun gender əsaslı ayrı-seçkiliyi təbliğ edən fikirləridir.
Məsələ ilə bağlı F.Pərvizinin işlədiyi “Baker Tilly Azərbaycan”la əlaqə saxladıq. Şirkətdən “Qafqazinfo”nun sorğusuna cavab olaraq Fərhad Pərvizinin işdən çıxması xəbərini təsdiqlədilər.
“1 il müddətində Biznes və Məsləhət Xidmətləri Direktoru vəzifəsində çalışan Fərhad Pərvizi 4 avqustda şəxsi təşəbbüsü və könüllü ərizəsi əsasında şirkətdən ayrılıb. O, bu qərarı öz yeni biznes fəaliyyətinə başlamaq və şəxsi layihələrinə daha çox vaxt ayırmaq məqsədilə verib”, - deyə açıqlamada qeyd edilib.
Məlumatda iqtisadçının çıxışları ilə bağlı işdən çıxarılması iddiaları təkzib edilib.
Nuranə Daxilqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 05 Avqust 2025 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















