Icma.az
close
up
RU
Fərhat Pirinççi: Bu tədbir Türk Dünyasında informasiya və media sahəsində əməkdaşlığı gücləndirən strateji addımdır

Fərhat Pirinççi: Bu tədbir Türk Dünyasında informasiya və media sahəsində əməkdaşlığı gücləndirən strateji addımdır

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Türkiyə olaraq son dərəcə əhəmiyyət verdiyimiz bu toplantıya göstərilən xüsusi ev sahibliyinə görə dost və qardaş ölkə Azərbaycan Respublikasına və dəyərli töhfələrinə görə TDT Katibliyinə təşəkkürlərimi bildirirəm”.

Turkustan.az xəbər verir ki, bunu Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin sədr müavini, Prof. Dr. Fərhat Pirinççi noyabrın 28-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin 7-ci toplantısında çıxışı zamanı deyib.

Pirinççi vurğulayıb ki, toplantı sadəcə işgüzar platforma deyil, həm də Türk Dünyasının informasiya və media sahəsində əməkdaşlığını gücləndirən strateji addımdır:

“İnformasiya və media sahəsində mövcud çağırışlara qarşı Türk Dövlətlərinin nümayəndələri olaraq yeni həll mexanizmləri yaratmağımıza imkan verən bu toplantıları son dərəcə dəyərli hesab edirik”.

O, UNESCO-nun 15 dekabrı “Dünya Türk Dili Ailəsi Günü” elan etməsini Türk dünyası üçün mühüm nailiyyət sayıb:

“Bu mənalı qərar qərar Türk Dünyası üçün böyük bir nailiyyətdir və Türk dilinin zənginliyini, qədim mədəni irsini və dünya sivilizasiyası içindəki əhəmiyyətli yerini bir daha ortaya qoyur”.

Pirinççi süni intellektlə yaradılan saxta xəbərlər və dezinformasiyanın təhlükəsinə diqqət çəkib:

“Süni intellektlə yaradılan saxta xəbərlər, deepfake texnologiyaları və sürətlə yayılan dezinformasiya təkcə ölkələrimizin daxili ictimai rəyinə deyil, xarici siyasətimizə, iqtisadi münasibətlərimizə və digər sahələrə də təsir edir”.

O, media savadlılığının və dezinformasiya ilə mübarizənin gecikdirilməz vəzifə olduğunu bildirib:

“Regional sülhü, təhlükəsizliyi və sabitliyi hədəf alan informasiya manipulyasiyalarına yalnız birlikdə qarşı dura bilərik. Texniki potensialın paylaşılması, ortaq rəqəmsal platformaların yaradılması, media əməkdaşlarımız üçün qarşılıqlı təlim proqramlarının təşkili və sürətli məlumat axınını təmin edəcək koordinasiya mexanizmləri böyük əhəmiyyət daşıyır”.

Sədr müavini Türkiyənin media sahəsində əməkdaşlığa hazır olduğunu vurğulayıb:

“Türkiyə olaraq media sahəsində topladığımız təcrübəni bölüşməyə və bu sahədə əməkdaşlıqları gücləndirməyə hazırıq. Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi başda olmaqla Anadolu Agentliyi, TRT, Basın İlan Kurumu və RTÜK qardaş ölkələrdəki müvafiq qurumlarla əməkdaşlığı genişləndirməyə sadiqdir”.

Pirinççi sözlərini belə tamamlayıb:

“Toplantımızın Türk Dünyası üçün faydalı olmasını arzulayıram. Azərbaycanın dəyərli nümayəndələrinə ev sahibliyi üçün, TDT Katibliyinə töhfələrinə görə, əməyi keçən bütün əməkdaşlara və siz dəyərli iştirakçılara səmimi təşəkkürümü bildirirəm. Birliyimiz və bərabərliyimiz daim olsun”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 28 Noyabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri