Fərid Əhmədov yeni rəis təyin etdi AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinə rəis təyin edilib.
"AzPolitika"-nın "qafqazinfo”-ya istinadən verdiyi məlumatına görə, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov müvafiq Əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə Ceyhun Tağıyev təyinat alıb.
Qeyd edək ki, 45 yaşlı C.Tağıyev 2024-cü ilin iyun ayında ədliyyə orqanlarına qulluğa qəbul olunub və Strateji planlaşdırma və monitorinq baş idarəsinin Daxili nəzarət və araşdırmalar idarəsinin rəisi vəzifəsinə təyin olunub. Həmçinin sentyabr ayından Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi vəzifəsinin icrası ona müvəqqəti həvalə edilib.
Baxış sayı:123
Bu xəbər 04 Dekabr 2024 21:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















