Icma.az
close
up
RU
Fərid Hüseynov: Aktauda AZALın təyyarəsinin qəzaya uğraması ilə bağlı xüsusi istintaq qrupu yaradılıb

Fərid Hüseynov: Aktauda AZALın təyyarəsinin qəzaya uğraması ilə bağlı xüsusi istintaq qrupu yaradılıb

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Aktauda "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) təyyarəsinin qəzaya uğraması ilə bağlı xüsusi dövlət qurumlarının rəhbərləri və nümayəndələrinin iştirakı ilə müşavirə keçirilib.

"Report" xəbər verir ki, bunu AZAL-ın mətbuatla iş şöbəsinin rəhbəri Fərid Hüseynov brifinqdə deyib.

Onun sözlərinə görə, ölən və yaralananların siyahısı açıqlanacaq: “Tapşırığa əsasən, xüsusi istintaq qrupu yaradılıb və baş prokurorun müavini artıq Qazaxıstandadır. Xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar təyyarə vasitəsilə Qazaxıstana göndərilib”.

Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov bildirib ki, Baş Prokurorluqda cinayət işi açılıb: "Qazaxıstan Prokurorluğun əməkdaşları ilə cinayət işinin istintaqı davam etdirilir".

Bizim WhatsApp kanalımıza abunə olun

seeBaxış sayı:99
embedMənbə:https://report.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri