Icma.az
close
up
RU
Fərid Hüseynov: Birbank yeni dövrün başlanğıcıdır

Fərid Hüseynov: Birbank yeni dövrün başlanğıcıdır

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

PAŞA Holdinq tərəfindən yaradılan və ölkənin biznes və maliyyə mühitinə yeni bir nəfəs gətirən Bir ekosistemi ictimaiyyətə təqdim olundu. Bu ekosistem, holdinqin aparıcı şirkətlərini bir araya gətirərək müştərilərə daha rahat və inteqrasiya olunmuş xidmət təcrübəsi təqdim etməyi hədəfləyir. Birbank, ekosistemin mərkəzi sütunlarından biri olaraq müştərilərin maliyyə ehtiyaclarını ödəməklə yanaşı, digər xidmətlərə də asan və təhlükəsiz çıxış imkanı yaradır.

Qeyd edək ki, Bir ekosistem maliyyə, e-ticarət və rəqəmsal ödəniş sahələrində müştərilərin etibarını qazanmış Birbank, Umico, m10 və MilliÖn brendlərini vahid çətir altında birləşdirərək bu brendlərin təqdim etdiyi xidmətləri müştərilər üçün daha rahat, əlçatan və inteqrasiya olunmuş şəkildə təqdim edir. Bununla yanaşı, Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarlarla da müştəri təcrübəsini daha da zənginləşdirir. Birbank isə bu ekosistemdə müştərilərə kredit, depozit, ödənişlər və digər bank xidmətləri təqdim etməklə yanaşı, onlara Umico-da Birbank krediti ilə alış-veriş etmək, “Trendyol Azərbaycan”da “Birbank” taksit kartları ilə ödəmək və digər xidmətlərdən faydalanmaq imkanı da yaradır. Qeyd edək ki, Bir ekosistem müştərilər üçün innovativ həllər təqdim etmək məqsədilə Vahid giriş, bonus, ödəniş və kredit olmaqla dörd əsas yenilikçi konsept üzərində qurulub. Bu konseptlər müştərilərə ekosistem daxilində daha sürətli, rahat, sərfəli və təhlükəsiz xidmətlərdən yararlanmaq imkanı təqdim edir.

Tədbirdəki çıxışı zamanı Birbank-ın İdarə Heyətinin sədri, Baş icraçı direktoru Fərid Hüseynov, Bir ekosistemin gələcək inkişaf istiqamətlərini vurğulayaraq qeyd edib: “Birbank olaraq böyük ekosistemin bir hissəsi olmaqdan qürur duyuruq. Uzun müddətdir böyük bir komanda olaraq müştərilərimizə daha rahat, sürətli və innovativ həllər təqdim etmək üçün çalışırdıq. Bu gün isə Bir ekosistemi rəsmi olaraq müştərilərimizin ixtiyarındadır. Bir sözlə, bu sadəcə bir təqdimat deyil, tamamilə yeni bir dövrün başlanğıcıdır!”.

Bir ekosisteminin rəsmi təqdimat mərasimində, ekosistemi təşkil edən digər şirkətlərin, Umico, M10 və MilliÖn-ün Baş icraçı direktorları da çıxış edərək, öz şirkətlərinin bu inteqrasiyadakı rolunu vurğulayıblar. Həmçinin, tədbirdə brendin fəlsəfəsi və 2025-ci il üçün bazara təqdim ediləcək yeni məhsulların xüsusiyyətləri barəsində ekosistemin müvafiq sahələr üzrə rəhbərləri tərəfindən ətraflı məlumat verilib.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi,118 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Fevral 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see392

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see266

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see263

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see259

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see259

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see255

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see254

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see252

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see250

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see249

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see238

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see230

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see228

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see228

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see228

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see227

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see226

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see224

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see224
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri