Fərid Mansurov: Tarixi torpaqlarmızda idman yarışlarının keçirilməsinin sevindirici haldır
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Suqovuşan, 30 aprel, AZƏRTAC
Bu gün fəxr olunası və qürurverici anlar yaşayırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Mansurov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2025” beynəlxalq reqatasının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O, tarixi torpaqlarımızda idman yarışlarının keçirilməsinin sevindirici hal olduğunu bildirib: "Bunun nümunəsi olaraq, kanoe və avarçəkmə “Prezident Kuboku 2025” beynəlxalq reqatası təşkil olunub. Bu turnirin keçirilməsi həm də Azərbaycan idmanına bir töhfədir. Eyni zamanda kanoe və avarçəkmə idmanın tanınmasına və inkişafına böyük təsir göstərir. Bütün bunlar gənclərin idmana olan marağına səbəb olur. Belə bir yarışın Suqovuşanda keçirilməsi böyük qürurdur".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 30 Aprel 2025 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















