Fərid Mərd: Təsadüfi bir ifadan sonra Alim Qasımovla duet oxumaq qərarına gəldik
Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.
Azərbaycan musiqisinin canlı əfsanəsi, xalq artisti Alim Qasımov gənc və istedadlı həmkarı, duet ortağı Fərid Mərdlə birgə növbəti maraqlı layihəsini təqdim edib.
Onlar "Yar Qasidi-Caruso" adlı yeni mahnını fərqli musiqi üslubunda ifa edərək, bu sənət nümunəsini videoçarx şəklində sosial şəbəkə izləyicilərinə təqdim ediblər.
Qasımov və Mərd bu layihədə milli muğam elementlərini və dünya musiqisinin klassik incilərindən olan "Caruso"nun motivlərini bir araya gətirərək, olduqca orijinal bir kompozisiya ərsəyə gətiriblər.
Gənc və istedadlı müğənni Fərid Mərd AZXEBER.COM-a açıqlamasında layihənin necə ərsəyə gəlməsindən danışıb:
"Bir müddətdirki Xalq artisti Alim Qasımovla iş birliyinə başlamışıq. Mən məşqlərin birində məşhur italiyan tenor Pavarottinin ifasında eşitdiyimiz "Carusonu" səsləndirdim, Alim müəllim bir anda Şəhriyarın "Yar qasidi"nin sözləriylə möhtəşəm bir muğam oxudu. Həmin anda bütün musiqiçilərlə bərabər yaranan ahəngin şokunu yaşadıq və qərara gəldik ki, bu əsəri bərabər ərsəyə gətirək".
Aysel Hacızadə
Baxış sayı:102
Bu xəbər 05 May 2025 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















