Icma.az
close
up
RU
Fərid Osmanov: İnnovasiya infrastrukturu bizim əsas fəaliyyət istiqamətlərimizdəndir

Fərid Osmanov: İnnovasiya infrastrukturu bizim əsas fəaliyyət istiqamətlərimizdəndir

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Naxçıvanda, 1 oktyabr, AZƏRTAC

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi olaraq ölkədə innovasiya ekosisteminin qurulması istiqamətində davamlı tədbirlər həyata keçiririk.

AZƏRTAC xəbər verir ki, bunu Naxçıvanda səfərdə olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov deyib.

Onun sözlərinə görə, innovasiya ekosisteminin inkişafında əsas elementlərdən biri məhz startapların maliyyə resurslarına əlçatanlığının artırılması, xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi, innovativ düşüncənin formalaşdırılması və insan kapitalının inkişafı ilə yanaşı, innovasiya infrastrukturunun qurulmasıdır.

“Agentlik olaraq ölkəmizdə innovasiya infrastrukturunun yaradılması bizim əsas fəaliyyət istiqamətlərimizdən biridir. Bu çərçivədə “Azərbaycan İnnovasiya Mərkəzi” konsepti hazırlanıb. Hazırda Bakıda və Sumqayıtda innovasiya mərkəzləri fəaliyyət göstərir. Fəaliyyətin davamı olaraq bu il Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində Naxçıvan İnnovasiya Mərkəzinin açılışı reallaşdırılıb.

Bizim üçün xüsusilə vacib məqam ondan ibarətdir ki, bu cür mərkəzlər universitet və elmi institutların tərkibində yaradılır. Çünki dövlət, universitet və biznes əməkdaşlığı üzərində qurulan belə təşəbbüslər dayanıqlı inkişafı təmin edir. Naxçıvan Dövlət Universitetinin tərkibində yaradılan bu mərkəzdə informasiya texnologiyaları üzrə mütəxəssislərin fəaliyyəti üçün iş otaqları ayrılıb, həmçinin startap ideyalarının reallaşdırılması üçün texnoloji laboratoriyalar qurulub. Agentlik bu laboratoriyaları lazımi avadanlıqlarla təmin edib. Bundan başqa, Naxçıvan Dövlət Universiteti ilə birgə innovasiya proqramları hazırlanıb”, – deyə Fərid Osmanov qeyd edib.

İRİA sədri əlavə edib ki, əsas məqsəd ölkənin bütün regionlarında innovasiya ekosistemini əlçatan etməkdir: “Biz inanırıq ki, Naxçıvan Dövlət Universitetinin tərkibində yaradılan bu mərkəz yalnız Naxçıvan üçün deyil, bütövlükdə ölkənin bütün universitetləri və biznes icmaları üçün yeni imkanlar açacaq. Gələcəkdə də startap mühitinin formalaşdırılması istiqamətində birgə tədbirlər davam etdiriləcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Oktyabr 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see387

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see188

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see142

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri