Fərid Qayıbov: Bu da bizim üçün sevindirici haldır
sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə üzrə "Prezident Kuboku 2026" beynəlxalq reqatasında çox ölkənin iştirak etməsi sevindirici haldır". Sport24.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında deyib.
O, Qarabağın dilbər guşəsi Ağdərədə ilk dəfə beynəlxalq yarış təşkil edildiyini söyləyib:
"Prezident İlham Əliyevin müvafiq tapşırıqları əsasında azad olunmuş torpaqlarda idman tədbirləri keçirilir. Bunların çoxu da beynəlxalq turnirlərdir. Avarçəkmədə isə bu beşinci tədbirdir. Bildiyiniz kimi, Suqovuşanda və Köndələnçayda "Prezident Kuboku" reqatası baş tutub. Burada kifayət qədər ölkə də iştirak edir. Bu da bizim üçün sevindirici haldır. Növbəti idman bayramı münasibətilə hər birinizi təbrik edirəm".
Qeyd edək ki, "Prezident Kuboku 2026" beynəlxalq reqatasının rəsmi açılış mərasimi sabah Mingəçevirdə keçiriləcək. Yarışda Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq. Reqataya mayın 1-də yekun vurulacaq
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 27 Aprel 2026 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















