Fərid Qayıbov: “Dövlət tərəfindən ölkə idmanına hər zaman böyük diqqət göstərilir”
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
“Dövlət tərəfindən ölkə idmanına hər zaman böyük diqqət və qayğı göstərilir”.
İdman.biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov “İdman paytaxtı” Qəbələdə 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə keçirilən paraddan sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bütün idman federasiyalarını "İdman Paytaxtı" Qəbələdə görmək sevindiricidir: “Ümummilli lider Heydər Əliyev 30 il öncə məhz bu gün uğur qazanan idmançılarla görüşüb. İlham Əliyevin isə 2005-ci il 4 mart tarixli Fərmanına əsasən, hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. Bu möhtəşəm bayram hər il keçirilir. İdmançılarımızın bayramını təbrik edir və gələcək karyeralarında onlara yeni-yeni nailiyyətlər arzulayıram".
Aytac Sahəd
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 05 Mart 2025 14:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















