Fərid Qayıbov Fatih Terimlə görüşdü FOTOLAR
Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Noyabrın 16-da gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan tanınmış türkiyəli futbol mütəxəssisi Fatih Terimi qəbul edib.
Gununsesi.info xəbər verir ki, nazir ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə qonağa məlumat verib.
Görüş zamanı iki qardaş ölkədə futbolun hazırkı vəziyyəti və uşaq futbolunun inkişafı yolları müzakirə edilib.
COP29 çərçivəsində “Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə təşkil olunacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansın yaradılması ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə “Qalatasaray” FK-nın 2-ci prezidenti İbrahim Hatipoğlu, “Qalatasaray” FK-nın İdarə Heyətinin üzvü Emin İmanov, Fatih Terimin köməkçisi Eray Sözən, “Qarabağ” FK-nın baş direktoru Əmrah Çelikəl və İdarə Heyətinin üzvü Asif Əsgərov da iştirak ediblər.




Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 16 Noyabr 2024 19:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















